Accessibility links

Human Rights Watch Qırğızıstanda iğtişaşların təşkil edildiyini bildirir


Human Rights Watch Qırğızıstanda iğtişaşların təşkil edildiyini bildirir
Human Rights Watch Qırğızıstanda iğtişaşların təşkil edildiyini bildirir

Qərargahı Nyu Yorkda yerləşən təşkilat bildirir ki, hər iki etnik qrupa mənsub insanlar arasında zorakılıqların təkrar ola bilməsilə bağlı qorxu hissi var

Human Rights Watch İnsan hüquqları qrupu Qırğızıstanda baş vermiş iğtişaşlarla bağlı beynəlxalq təhqiqata çağıraraq bildirir ki, etnik qruplar arasında zorakılıq sistematik şəkil almış və yaxşı təşkil edilmişdir.

Qrupun bildirdiyinə görə, özbəklərin çoxu müvəqqəti hökumətin qərəzsiz və obyektiv təhqiqat aparacağına inanmır.

Human Rights Watch bildirir ki, hökumətin bazar günü konstitusiyaya dair referendum keçirmək qərarı əksəriyyətdə olan qırğızlar və azlıqda olan özbəklər arasında zorakılıqların daha da artmasına gətirib çıxara bilər.

Qərargahı Nyu Yorkda yerləşən təşkilat bildirir ki, hər iki etnik qrupa mənsub insanlar arasında zorakılıqların təkrar ola bilməsilə bağlı qorxu, çoxlarında isə hökumət qüvvələrinin vəziyyətə nəzarət edə bilməsilə bağlı narahatlıq hissi var.

XS
SM
MD
LG