Accessibility links

Qırğızıstan Rusiyanın ölkədəki hərbi bazaları üçün icarə haqqını dörd dəfə artırmağı planlaşdırır


Qırğızıstan Rusiyanın ölkədəki hərbi bazaları üçün icarə haqqını dörd dəfə artırmağı planlaşdırır
Qırğızıstan Rusiyanın ölkədəki hərbi bazaları üçün icarə haqqını dörd dəfə artırmağı planlaşdırır

Müdafiə naziri Abdulla Kudayberdiyev bu gün bildirib ki, Rusiya 1993-cü ilin müqaviləsinə əsasən hərbi bazaların icarəsi üçün hazırda 4,5 milyon dollar ödəyir

Qırğızıstan Rusiyanın ölkədəki hərbi bazaları üçün icarə haqqını dörd dəfə artırmağı planlaşdırır. Müdafiə naziri Abdulla Kudayberdiyev bu gün bildirib ki, Rusiya 1993-cü ilin müqaviləsinə əsasən hərbi bazaların icarəsi üçün hazırda 4,5 milyon dollar ödəyir. Kudayberdiyevin bildirdiyinə görə, strateji əhəmiyyəti olan Qırğızıstan icarə haqqını inflasiyaya uyğun olaraq artıracaq. Rusiya Kant və digər üç hərbi obyektin icarəsi üçün pul ödəyir. Moskvanın İnterfaks agenliyinin verdiyi məlumata görə, Qırğızıstan Rusiyanın bütün obyektlərini birləşdirməsini və mövcudluğunu 49 il üçün müəyyənləşdirməsini təklif edib. Rusiyanın Kantdakı bazası Kollektiv Təhlükəsizliyə dair Müqaviləyə görə əsas obyekt hesab edilir. Birləşmiş Ştatların NATO qüvvələrini Əfqanıstanda təchizatla təmin etməsi üçün mühüm Manas bazası da Qırğızıstandadır.

XS
SM
MD
LG