Accessibility links


Qırğızıstan məhkəməsi keçmiş prezident Kurmanbek Bakiyevi səlahiyyətlərindən sui-istifadə etmək ittihamları əsasında qiyabi olaraq ona 24 il həbs cəzası verilməsi haqda qərar çıxarıb. Məhkəmə habelə qətl də daxil olmaqla müxtəlif ittihamlarla onun qardaşının ömürlük həbs cəzasına məhkum edilməsinə haqda hökm verib.

Keçmiş prezident və onun qardaşı 2010-cu ildə Kurmanbek Bakiyevin hakmiyyətdən devrilməsi ilə nəticələnmiş qanlı hadisələrdə iştiraka görə özlərinin məhkəmədə iştirakı olmadan məhkum edilib.

Kurmanbek Bakiyev və onun qardaşı Janıbek Bakiyev Belarusa qaçıb, orada siyasi sığınacaq alıblar. Qırğızıstan hökuməti onların təhvil verilməsini istəyir.

Məhkəmənin qərarında deyilir ki, Kurmanbek Bakiyevin qardaşının mühafizə xidmətində çalışdığı dövrdə hökumət rəsmisinin ölümündə əli oolub.
XS
SM
MD
LG