Accessibility links

Qırğızıstanda təhlükəsizlik qüvvələrinin reydi zamanı 10 nəfər həbs edilib

  • Amerikanın səsi

Qırğızıstanda təhlükəsizlik qüvvələrinin reydi zamanı 10 nəfər həbs edilib

Qırğızıstanda təhlükəsizlik qüvvələrinin reydi zamanı 10 nəfər həbs edilib

Qırğızıstanda təhlükəsizlik qüvvələri prezident seçkilərindən öncə terror hücumları planlaşdırmaqda şübhəli bilinən 10 nəfəri həbs edib.

Rəsmilərin bildirdiyinə görə, həbslər son günlər ölkənin bir neçə şəhərində keçirilmiş təhlükəsizlik reydləri zamanı keçirilib.

Əməliyyat zamanı polisin 15 sərnişini olan mikroavtobusu qaçıraraq qaçmağa çalışın radikalı öldürdüyü bildirilir. O, sürücünü silahla hədələyərək avtobusu Oş şəhərində sürməyə məcbur edib və orada yoxlama-keçid məntəqəsində snayperlər tərəfindən güllələnib.

Silahlı şəxsin ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahsında olan fəaliyyəti qadağan edilmiş İslamçı Cihad Birliyinin üzvü olduğu deyilir.

Qırğızıstanda oktyabrın 30-da prezident seçkilərinə hazırlıqlar gedir.

.

XS
SM
MD
LG