Accessibility links

Əl-Qaidə qrupu Fransaya mesaj göndərib


Əl-Qaidə qrupu Fransaya mesaj göndərib

Əl-Qaidə qrupu Fransaya mesaj göndərib

Paris Osama Bin Ladenlə birbaşa danışıqlar aparmasına dair mesajı rədd edib

Fransa Şimali Afrikada əl-Qaidə qrupunun Nigerdə girov götürülmüş beş Fransa vətəndaşının azadlığa buraxılması müqabilində Parisin Osama Bin Ladenlə birbaşa danışıqlar aparmasına dair mesajını rədd edib. Bu gün çıxan hesabatda Fransa xarici işlər naziri Mişel Alliot- Mari deyib ki, Fransa heç kimin ona siyasət diktə etməsinə imkan verməyəcək. Alliot-Mari əlavə edib ki, Fransa girovların azadlığa buraxılması üçün əlindən gələni edəcək. Beş Fransa vətəndaşı bir toqolu və madaqaskarlı ilə bərabər sentyabr ayında oğurlanmışdır. Onların Malidə saxlanıldığı fərziyə edilir. Əl-Qaidənin İslamçı Məqrib şəbəkəsi məsuliyyəti öz üzərinə götürüb. Mesajı göndərənlər eyni zamanda, Fransanın öz qoşunlarını Əfqanıstandan çıxarmağı tələb edib. Fransa Xarici İşlər Nazirliyinin rəsmiləri lent yazısının həqiqiliyini müəyyən etmək üzərində işləyirlər.

XS
SM
MD
LG