Accessibility links

Əl-Qaidə ABŞ-a xəbərdarlıq etdi


Əsgərlər bin Ladenin keçmiş iqamətgahı qarşısında keçik çəkirlər

Əsgərlər bin Ladenin keçmiş iqamətgahı qarşısında keçik çəkirlər

Yəməndə Əl-Qaidə lideri ötən həftə Pakistanda Üsama Bin Ladenin öldürülməsinə cavab olaraq ABŞ-a qarşı qisas hücumlarına dair xəbərdarlıq edib.

İnternetdə yerləşdirilən bəyanatda Nasir Əl-Vahisi amerikalılara deyib ki, Bin Ladenin ölümündən sonra cihadın közərtiləri daha parlaqdır və gələcəkdə baş verəcəklər daha pis olacaq.

Bu arada ABŞ senatoru Con Kerri elan edib ki, Bin Ladenin məhvindən sonra münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün Pakistana səfər edəcək.

Bin Ladenin Pakistanın daxilində gizləndiyinin aşkar edilməsi və ABŞ reydi nəticəsində onun öldürülməsi Pakistanla münasibətləri gərginləşdirib.

XS
SM
MD
LG