Accessibility links

Əl-Qaida Tikrit hücumuna görə məsuliyyəti öz üzərinə götürüb


Əl-Qaida Tikrit hücumuna görə məsuliyyəti öz üzərinə götürüb

Əl-Qaida Tikrit hücumuna görə məsuliyyəti öz üzərinə götürüb

İraqda Əl-Qaida təşkilatı martın 29-da İraqın şimalında 58 adamın ölümü və 100-dn çox adamın yaralanması ilə nəticələnən bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Qrup öz vebsaytında bildirir ki, beş Əl-Qaida üzvü Tikritdə vilayət şurasının inzibati qərargahına reyd edərkən maşına yerləşdirilmuiş bomba, partlayıcı jilet və qumbaralardan istifadə ediblər. İraq əsgərləri bir neçə saatlıq döyüşdən sonra qərargahı geri alıblar.

Bu gün Bağdadda baş verən yolkənarı bomba partlayışı üç əsgəri yaralayıb. Dünən Fallucada intiharçı bir qrup əsgərə hücum edərək üç hərbçini, o cümlədən bir polkovniki öldürüb.

XS
SM
MD
LG