Accessibility links

Əl-Qaidanın Əfqanıstandakı liderlərindən biri öldürülüb


Əfqanıstan və koalisiya qüvvələrinin bildirdiyinə görə, hava hücumları zamanı Əl-Qaidanın Əfqanıstandakı ikinci ən yüksək səviyyəli lideri öldürülüb. Bu gün açıqlanan məlumatda koalisiya qüvvələrinin Səxr Əl-Taifi adlandırdığı şəxsin Səudiyyə Ərəbistanında Mustanq və Nasim kimi də tanındığı deyilir.

Koalisiya qüvvələri Əl-Taifinin göstərişləri Əl-Qaidənin yüksək səviyyəli komandirlərindən aldığını və Əfqanıstanın şərqindəki yaraqlıları silah və sursatla təchiz etdiyni bildirir.

Koalisiya qüvvələri eləcə də də Kunar vilayətinin Vatahpur mahalında həyata keçirilən hava hücumları zamanı Əl-Qaidaya məxsus digər terrorçunun öldürüldüyünü deyir.



XS
SM
MD
LG