Accessibility links

Əl-Qaidənin Avropada yeni hədələri: Yeni şərtlər və yeni strategiya


Əl-Qaidənin Avropada yeni hədələri: Yeni şərtlər və yeni strategiya
Əl-Qaidənin Avropada yeni hədələri: Yeni şərtlər və yeni strategiya

Avropada Əl-Qaidənin son terror hədəsi qrupun şəhərlərdə hücumlar həyata keçirə bilməsi məsələsilə bağlı diqqəti artırıb. Ekspertlərin fikrincə Əl-Qaidə öz strategiyasını dəyişməkdə çox çevik davranır. Bəs, Qərb necə öz cavabını eyni sürətdə dəyişə bilərmi?

Avropada hücum təhlükələri 5 il əvvəl Londonda həyata keçirilən hücumları yada salmağa kifayət edir. Səudiyyə Ərəbistanının kəşfiyyat məlumatına görə, Əl-Qaidə şəhər ərazisində 2008-ci il Ləşkəri Taibənin Mumbayda etdiyi hücum kimi hücumlar həyata keçirməyi planlaşdırır.

Böyük Britaniya, Fransa və Almaniyada təhlükəsizlik tədbirləri gücləndirilib. ABŞ-ın pilotsuz təyyarələrdən həyata keçirdiyi raket hücumlarından sonra belə hücumların qarşısı alınıb. ABŞ-ın hücumlarından biri nəticəsində alman əsilli yaraqlılar Pakistanın ucqar regionunda ölmüşdü.

Ekspertlər deyir ki, bu, 3 mühüm məsələni önə çəkir. Birincisi, Pakistandakı Əl-Qaidə istehkamlarına ABŞ-ın bu tip hücumları Avropa və ABŞ-da hücumların həyata keçirilməsinin qarşısını ala bilər.

İkincisi, bugünki terror təhlükəsi əlaqəli, bir müəyyən hədə deyil və Əl-Qaidə daim öz strategiyasını yeni şərtlərə uyğunlaşdırır.

Demokratiyaların Müdafiəsi Fondunda təhlilçi Deyvid Qartenşteyn
Demokratiyaların Müdafiəsi Fondunda təhlilçi Deyvid Qartenşteyn

Demokratiyaların Müdafiəsi Fondunda təhlilçi Deyvid Qartenşteyn deyir ki, bu onu göstərir ki, Əl-Qaidə yeni liderlər tapır və qərb ölkələrindən Avropaya vizasız səfər edə bilən şəxsləri öz sıralarına cəlb edir: “İlyas Kəşmiri və Yunis Əl-Mavretani kimi yeni liderlər Mumbaya oxşar hücum həyata keçirmək üçün Böyük Britaniya, Fransa və Almaniya vətəndaşları və belə ehtimal ki, Türk Hərbi hava Qüvvələrinin keçmiş zabitinin cəlb olunmasına çalışır.”

Buş administrasiyası dövründə Milli Kəşfiyyat Şurasında transmilli hədələr üzrə ekspert işləmiş Qlen Karl deyir ki, bir müddət belə bir hadisənin baş verə bilməsi kəşfiyyat işçilərini narahat edib: “Biz onlara az diqqət yetirdikcə, onlar daha qabiliyyətli olur. Onlar öz şərtlərinə cavab vermək üçün yetərli qədər ağıllıdır”.

2008-ci il Mumbay hücumu
2008-ci il Mumbay hücumu

Ekspertlər deyir ki, bu təkamülün uzun müddətli nəticələri aydın görünür. Əl-Qaidə liderləri başa düşürlər ki, onlar asanlıqla köhnə üsullarla Qərb cəmiyyətini təşfişə sala bilər. “Mumbay hücumlarının oxşar bir-birinin ardınca bir nelə hücumun Avropada baş vediyini təsəvvür etsəniz, uğurla keçirilsə, onların böyük təsiri olacağı aydındır.Onların Mumbaydan öyrəndiyi odur ki, bunu etmək çətin deyil və onların rəqibi belə hücumdan müdafiə olunmağa yaxşı hazırlıqlı deyil” - deyə Deyvid Qartenşteyn bildirir.

Lakin bu dəfə müdafiə olunmaq üçün hücuma keçmək lazım oldu. ABŞ ələ keçirilmiş əfqan mənşəli almanın verdiyi məlumata əsasən, planlaşdırılmış hücumların qarşısını almaq ümidi ilə Pakistanın ucqar regionunda pilotsuz raketlərdən hücum həyata keçirdi.

Ekspertlər deyir ki, kəşfiyyat məlumatlarına görə, Avropada hücum cəhdləri göstərir ki, orada Qərbdə hücumlar həyata keçirməyə çalışan bir neçə cihad qrupu var.

Ancaq Demokratiyaların Müdafiəsi Fondundan Tomas Cosselin xəbərdarlıq edir ki, digər cihad qruplarının Əl-Qaidənin Qərbə qarşı cihad elan etməsinə cavabı təsadüfi deyil. Onun fikrincə bu, Əl-Qaidə tərəfindən çoxdan düşünülmüş bir addımdır.

Ekspertlərin fikrincə Əl-Qaidə öz strategiyasını dəyişməkdə cox çevik davranır. Sualsa ondan ibarətdir ki, Qərb də öz cavabını eyni sürətdə dəyişə bilərmi?

XS
SM
MD
LG