Accessibility links

Los Anjeles hava limanında silahlı hücum baş verib


Bir ölü, üç yaralı var; şübhəli yaralanıb, saxlanılıb.

Semi-avtomatik tüfənglə silahlanmış şəxs cümə günü Los Anjeles Beynəlxalq Aeroportunda atəş açaraq ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) bir zabitini öldürmüş, üçünü yaralamışdır.

Baş verən atışma zamanı polis şübhəlini yaralamış və ələ keçirmişdir. Polis şübhəlinin 23 yaşlı Paul Anthony Ciancia adlı Los Anjeles sakini olduğunu deyir. Onun üzərindən aşkar edilən ədəbiyyat anti-hökumət sentimentlər əks etdirir.

Polisin dediyinə görə şübhəli əlində "TSA-i öldür" yazılmış qeyd gəzdirirdi, amma şübhəlinin motivlərinə dair ətraflı məlumat verməyib.

Terminal 3, Los Anjeles aeroportu
Terminal 3, Los Anjeles aeroportu
Qətlə yetirilmiş TSA əməkdaşı agentliyin 12 illik tarixində vəzifə borcunu yerinə yetirərkən öldürülən ilk əməkdaşdır. Bu agentlik 2001-ci il 11 sentyabr terror hücumlarından sonra təsis olunub.

İnsidentə reaksiya verən polis aeroportu tam nəzarət altına alıb və atışmanın baş verdiyi terminalı evakuasiya edib. Bütün ABŞ boyu Los Anjelesə istiqamət alan aviareyslər təxirə salınıb və bir çox aeroportlarda tıxaclar yaranıb.

Şahidlər hava limanında hadisənin böyük təşvişə səbəb olduğunu bildirib. İnsident sübhəli şəxsin təhlükəsizlik məntəqəsindən keçərkən sənədləri və əl çantasının yoxlandığı vaxt baş verib.

Ağ Evin sözçüsü Cey Karni prezident Barak Obamaya insidentlə bağlı mütəmadi məlumat verildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG