Accessibility links

Amerika əsgərlərinin qəzetdə dərc olunmuş foto-şəkilləri ilə bağlı təhqiqat aparılır

  • Amerikanın səsi

ABŞ-ın Müdafiə naziri Leon Panetta çərşənbə günü bildirib ki, Los Anceles Tayms qəzetində dərc edilən Amerika əsgərlərinin intiharçıların cəsədləri ilə çəkdirdiyi foto-şəkillərlə bağlı təhqiqat aparılır.

Müxtəlif foto-şəkillərdə Amerika əsgərlərinin özlərini partlaşmış intiharçıların bədən hissələri ilə çəkildiyi göstərilir.

Brüsseldə NATO-nun xarici işlər və müdafiə nazirlərinin nadir hallarda keçirdiyi xüsusi iclasda iştirak edən Leon Panetta hadisəni qınayıb və foto-şəkillərə görə məsuliyyət daşıyınların cəzalandırılacağını deyib. ABŞ rəsmiləri foto-şəkillərin Əfqanıstanla münasibətlərin daha da pisləşməsinə gətirib çıxaracağını bildirir.

ABŞ Müdafiə naziri deyib ki, iki il öncə çəkilmiş fotolar Əfqanıstanda xidmət edən Amerika əsgərlərinin böyük hisəssinin bölüşdüyü dəyərləri və professionallıq səviyyəsini heç bir şəkildə əks etdirmir. O həmçinin Los Anceles Tayms qəzetinin foto-şəkillərin dərc olunmamasına dair rəsmi çağırışları əhəmiyyətsiz qoymasından narazılığını ifadə edib.

Müdafiə naziri xəbərdarlıq edib ki, material ABŞ və Əfqanıstan əsgərlərinə qarşı zorakılığın artması ilə nəticələnə bilər.

Los Anceles Tayms qəzeti mövcud 18 foto-şəkildən yalnız ikisini dərc edib.

XS
SM
MD
LG