Merelend ştatının bütüzda şəhərindəki Stratmor Mədəniyyət Mərkəzi özünün musiqi sərgisi ilə məşhurdur. Konsert və tamaşalardan əlavə burada müxtəlif mövzularda sənət əsərləri də nümayiş etdirilir.
Builki sərginin adı “La Vie En Bleu” – “Mavi həyat” adlanır. Stratmorun kuratoru Hariyet Lesser ziyarətçilərə mavi rəngi anlatmağa çalışır. O, səmanın da mavi, suların da mavi olduğunu və bu rəngin təsvir edilməsinin asan olmadığını deyir. “Səmaya baxarkən, havaya baxarkən dəyişiklik müşahidə etmək olur. Yəni bu, dəyişkən bir rəngdir. Bu bir növ transformativ rəngdir. Əldə etdiyimiz minlərlə görüntü təccəüb doğurmadı.”
Harriyet bu sərgi üçün 101 nəfərin 146 sənət işini seçib. Birinci yeri yağlı boya ilə işlədiyi “Mavi üfüq” əsərinə görə Robert Lemar qazanıb. Zərgərlik üzrə sənətkar Nella Fişer “Mavi ayın işığı” əsərinə , Ladan İbrahinian isə memarlıq və həndəsi işinə görə qalib olub.
Bu sərgidə konseptual abstract əsərlər də maraq doğurub. Mala Seqalın Suriya üsyanı ilə bağlı taxta üzərində akril boyalarla yaratdığı simvolları buna misal göstərmək olar. “Məni onlara qarşı uzun illər davam edən zorakılıqlardan sonra hələ də mübarizə edə bildirkləri heyran edib. Buradakı qərmızı boya sönməyən közə işarədir. İnsan kimi bizim hələ də ümidlərimiz var. Buradakı işıq iztirabların öhədisndən gəlinəcəyinə işarədir. Bəli bizim ümidlərimiz yaşayır."
Saya Behnam akril boya, qızıl yarpaqlar və mürəkkəblə yarardığı əsərində ümumi konsepsiyaları saxlayıb. “Qızıl mənim diqqətimi daha çox cəlb edir, çünki fikrimcə bu, imkan, sağlamlıq, qələbə və paklıq rəmzidir. Mavi rəngdən mən bynların arxasında istifadə etmişəm. Mənim üçün bu, yeni başlanğıcın emosiyasıdır. Bu, nəyinsə sonunun emosiyasıdır.”
Stratmorun bu il 17 müxtəlif medianın “Mavi” mövzuda təqdim etdiyi 26-cı sərgisi digərlərindən öz rəngarəngliyi ilə seçilir.