Accessibility links

Laçın Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası [Yenilənib - Video]


Laçın Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası

Laçın Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası

Mərkəzdə çalışanlar avtomobil saxlanmasına qoyulan qadağaya etiraz edib

Oktyabrın 3-də Bakının Nizami rayonunda yerləşən "Laçın" Ticarət Mərkəzinin qarşısında avtomobil saxlanmasına qoyulan qadağa etiraza səbəb olub.

Mərkəzdə çalışanlar buna etiraz olaraq aksiya keçiriblər.

Hadisənin şahidi Kamran Əsədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, etirazçılar bildiriblər ki, avtomobillərin girişinə qadağa onların işinə ciddi problem yaradıb: "Deyirdilər ki, mal gətirirlər, alıcılar gəlir, alver edirlər. Aldıqları malı 100-200 metr aralıda saxladıqları maşına nə ilə aparsınlar? Bu, ciddi narazılıq yaratmışdı".

Olay yerinə Nizami rayon rəhbərliyinin gəldiyi və yaranmış problemlə bağlı razılıq əldə olunduğu bildirilir.

İş günü olmadığı üçün Nizami rayon İcra Hakimiyyətindən suallara cavab almaq mümkün olmayıb.

Laçın Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası

Laçın Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası

XS
SM
MD
LG