Accessibility links

Müsəlman dünyasında etirazlar vüsət alıb


İnternet vasitəsilə Məhəmməd Peyğəmbəri təhqir edən filmə qarşı etirazlar Pakistan boyu yayılmaqda davam edir. Bu gün nümayişçilər ölkədə ümummilli "Məhəmməd Peyğəmbərə sevgi günü" elan edərək, dinc nümayişlərə çağırmışlar.

Buna baxmayaraq, İslamabad, Kəraçi və Pişəvər şəhərlərində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar zamanı biri polis işçisi olmaqla, azı 17 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Pakistanın ARY televisiya kanalı ölkənin şimal-şərqindəki Pişəvər şəhərində polisin kino-teatrı yandıran nümayişçilərə atəş açdığını və kanalın bir işçisinin öldürüldüyünü bildirilib.

Bu gün Pəncab vilayətinin Lahor şəhərində bir qrup etirazçı Birləşmiş Ştatlar, Britaniya, İsrailə qarşı şuarlar səsləndirmiş və ayaqqabılar atmışlar. Etirazçılar eləcə də "Şeytan Ayələri" kitabının müəllifi Salman Rüşdüyə qarşı şüarlar səsləndiriblər.

Baş nazir Raca Pərviz Əşrəf deyib Pakistan xalqının üzərində nümayişləri "insan həyatına və əmlakına xətər yetirmədən" dinc keçirməsi üçün məsuliyyət var.
XS
SM
MD
LG