Accessibility links

Arif Nəcəfi: Dövlətin Urmiyə Gölü ilə bağlı layihələri dayanıqlı inkişafa xidmət etmir [Audio]


Arif Nəcəfi
Arif Nəcəfi

Amerikanın Səsinə müsahibə verən güneyli ətraf mühiti idarəetmə üzrə mütəxəssis Arif Nəcəfininin sözlərinə görə Urmiyə Gölü ilə bağlı layihələr inkişafın ekoloji və iqtisadı aspektlərini nəzərdə saxlamalıdır. Əslən urmiyəli ekspert Urmiyə Gölünü Canlandırma Mərkəzinin təqdim etdiyi layihələrin dayanıqlı inkişaf əsaslarına uyğun gəlmədiyini və icra edildiyi bildirilən planlarda ekoloji təşəbbüslərlə iqtisadi reallıqların toqquşduğunu vurğulayıb.

Arif Nəcəfi Tehranın Urmiyə təşəbbüslərini dəyərləndirir
please wait

No media source currently available

0:00 0:20:00 0:00
Direct link

Suyun Urmiyə gölü ətrafındakı əkinçilərə bahaya mal edilməsi su məsrəfini azaltmaz, amma əkin məhsullarının qiymətini yüksəldər.
Arif Nəcəfi

Alberta Universitetinin araşdırmaçısı Urmiyə Gölünü Canlandırma Mərkəzinin bölgədə yaşanan ekoloji böhranı həll etmək istiqamətində irəli sürdüyü 24 layihə, layihələrin texniki-iqtisadı əsaslandırması, mənfi və müsbət cəhətləri, eləcə də mərkəzin planlarının əməldə icra edilə biləcək olub olmadığını dəyərləndirib.

Son bir neçə ildə Güney Azərbaycanın muxtəlif şəhərlərində türk fəallar tərəfindən təşkil edilən kütləvi etirazlar sadəcə Azərbaycan bölgələrində deyil, bütün İranda keçirilən ən böyük mədəni aksiyalar olaraq dəyərləndirilir. Ancaq, prezident Həsən Ruhaninin gölü xilas edəcəyinə dair verdiyi vədlərdən sonra, etirazlar bir müddət səngimişdi.

Prezidentin vədləri ilə bağlı əməli addımlar görməyən Urmiyə Gölü müdafiəçiləri ötən iyunun 10-da Təbriz və Urmiyə şəhərlərində yeni dövr etirazlar keçirdilər. Etirazçıların bir çoxu həbs edilib mühakimə olunsa da, aksiyalardan az müddət sonra Həsən Ruhani Urmiyə gölünü canlandırmaq istiqamətində əməli layihələrin başladılmasına dair sərəncam verdi. Bu sərəncamın ardınca hökümətin təsis etdiyi Urmiyə Gölünü Canlandırma Mərkəzi böhranı həll etmək məqsədi ilə 24 layihə hazırladığını elan etdi.

Layihələrin hazırlanmasında çox zəif və vaxtı keçmiş idarəetmə və planlama metodlarından istifadə edilib. Mütərəqqi ölkələrin dayanıqlı inkişaf modellərində bütün çıxarlar və mənafe diqqətə alınar. Ancaq, bu layihələrdə sanki bölgənin ekoloji və iqtisadi çıxarlarını bir-biri ilə rəqabətə qoyublar.
Arif Nəcəfi

Arif Nəcəfinin sözlərinə görə, bu layihələr yeni su mənbələri axtarmaq, məlumat təhlili (data analysis), əkinçilik sistemi və suvarma üsullarının dəyişdirilməsi, eləcə də quruyan bölgələrdə adaptasiya proqramları kimi planlardan ibarətdir.

Kanadada təsis edilmiş Urmiyə Gölünü Qoruma İnstitutunun başqanı canlandırma mərkəzi tərəfindən elan edilmiş layihələrin müsbət və mənfi cəhətləri ilə bağlı öz düşüncələrini izah edib.

“Layihələrin hazırlanmasında çox zəif və vaxtı keçmiş idarəetmə və planlama metodlarından istifadə edilib. Mütərəqqi ölkələrin dayanıqlı inkişaf modellərində bütün çıxarlar və mənafe diqqətə alınar. Ancaq, bu layihələrdə sanki bölgənin ekoloji və iqtisadi çıxarlarını bir-biri ilə rəqabətə qoyublar,” deyə Arif Nəcəfi xüsusilə əkinçiliklə bağlı layihələrin daha artıq zərər verib, bölgədə yeni böhranlar törədəcəyini irəli sürüb.

Urmiyə Gölü dünyanın ən sürətlə quruyan göllərindən biri hesab edilir
Urmiyə Gölü dünyanın ən sürətlə quruyan göllərindən biri hesab edilir

Onun sözlərinə görə, əkin suyunu nə qədər də bahaya mal etməyə çalışsalar, ailəsinin gəlirini əkinçiliklə qazanan əhali suyu təmin etməyə məcburdur və bunu bir şəkildə edəcəklər. Suyun Urmiyə gölü ətrafındakı əkinçilərə bahaya mal edilməsi su məsrəfini azaltmaz, amma əkin məhsullarının qiymətini yüksəldər.

Güneyli ekspert həmçinin Canlandırma Mərkəzinin Urmiyə gölünə axan çayların üzərində tikilmiş ya tikilməkdə olan bəndlərlə (səddlər) bağlı planları haqda düşüncələrini paylaşıb.

“İnşaat mərhələsində olan sədd layihələrinin ləğvinə qərar verilib və bu, müsbət bir addımdır. Ancaq, öncədən tikilən səddlərin sayı qat-qat artıqdır və bu layihələrdə onlarla bağlı qərar verilməyib,” deyə Arif Nəcəfi əlavə edir.

XS
SM
MD
LG