Accessibility links

Fransanın ekologiya naziri Urmiyəyə səfər edib


Seqolen Royal Qərbi Azərbaycan valisi ilə Urmiyə Gölü ətrafında fikir mübadiləsi aparıb

İrana rəsmi səfərinin ikinci günü Urmiyədə Qərbi Azərbaycan valisi Qurbanəli Səadət ilə görüşən Fransanın ətraf mühit naziri Seqolen Royal ölkəsinin Urmiyə Gölünü canlandırma istiqamətində əməkdaşlığa hazır olduğunu ifadə edib.

Mehr xəbər agentliyinə istinadən, avqustun 29-da keçirilən görüşdə Fransa naziri İran ətraf mühit təşkilatının sədri ilə imzaladığı əməkdaşlıq müqaviləsinə işarə edərək Urmiyə Gölü mövzusunun da həmin müqavilə çərçivəsində gündəmə gələ biləcəyini deyib.

Urmiyə gölünün son görüntüləri
Urmiyə gölünün son görüntüləri

Seqolen Royal həmçinin hazırda Urmiyə Gölü ətrafında yerləşən əkin yerlərində istifadə edilən suvarma metodlarının gölə zərər verdiyinə diqqət çəkib. O, qədim suvarma metodları üzündən suyun 80 faizinin tükəndiyini bildirib.

Urmiyə Gölünü havadan ziyarət edən nazir fransız ekspertlərin yaxın zamanda bölgəyə səfər edəcəyini də bildirib.

Qərbi Azərbaycan valisi Urmiyə Gölü ətrafında cərəyan edən ekoloji fəlakətin böyüklüyünə diqqət çəkərək gölü canlandırmaq istiqamətində beynəlxalq qurumlara daha çox ehtiyac olduğunu vurğulayıb.

Mehr agentliyinin məlumatına görə, xanım Royal 1990-cı illərində də Qərbi Azərbaycana səfər edib. Onun səfəri həmin illərdə İraq Kürdüstanından Qərbi Azərbaycana mühacir axını ilə əlaqəli olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG