Accessibility links

Kaliforniya ştatının Oakland şəhəri polisinin bildridiyinə görə, bazar ertəsi Koreya-Amerika Xristian kollecinin keçmiş tələbəsi 43 yaşlı, Cənubi Koreyada anadan olmuş On L Qoh adlı şəxs odlu silahla kollecə girərək 7 nəfəri öldürüb, 3 nəfəri yaralayıb. Kollecə hücum edən şəxsin dərs ilinin əvvəlində universitetdən xaric edildiyinə görə müəllim heyətinə qəzəbli olduğu bildirilir. Şahidlər həmin silahlı şəxsin Oikos universitetində girərək, əvvəlcə qəbul otağındakı adamı, sonra isə sinif otağına girərək tələbələri güllə atəşinə tutduğunu deyirlər.

Oakland şəhərinin polis rəisi Hovard Cordan hadisənin dəhşətli olduğunu və xaotik halda baş verdiyini deyib.

XS
SM
MD
LG