Accessibility links

İşarə dilini öyrənməyin asan yolları [Video]


Thomas Nelson “CopyCAT” adlanan video oyun oynayır— işarə dilini öyrənmək üçün xüsusi və əyləncəli üsul...

Doktorlar onun kar olduğunu təsbit edəndə Tomas iki yaşındaydı.

Onun anası Şeril deyir ki, “Mən onun kar olduğunu öyrəndiyimdə ağlıma gələn ilk düşüncə bu oldu: Mən ondan heç vaxt “səni sevirəm” kəlməsini eşitməyəcəyəm."

Şeril dərhal işarə dilini öyrənməyə başladı. Ancaq bu asan deyildi. Araşdırmalar göstərir ki, eşitmə problemi olan uşaqların valideyinlərin 75 faizi heç vaxt işarə dilini mükəmməl öyrənə bilmirlər.

Thad Starner bildirir ki, bu o deməkdir ki, uşaqların sadəcə 25 faizi ev şəraitində işarə dilini yaxşı öyrənə bilirlər. Onlar bu dili öyrənməkdə geridə qalıblar və məktəblərdə dərsləri tam anlaya bilmirlər.

Milli Elm Fondunun dəstəyi ilə kompüter mütəxəssisi Thad Starner və onun Corciya Texniki İnstitutundakı komandası kar və eşitmə problemi olanlar üçün işarə dilini asanlaşdıran “Copycat” kimi interaktiv cihazlar təkmilləşdirirlər. Məsələn bu “SMARTSİGN” adlanan mobil telefon applikasiyası sözdə ilişib qalan qeyri-kar adamlara kömək edir.

Cef Vilson oğlunun eşitmə problemi olmamasına baxmayaraq, O, Vyatta onun dil açmasına bir neçə ay qalmış elementar işarələri öyrətməyə başlayıb.

Cef Vilson: "Hər dəfə biz Vyatta bir şüşə süd verəndə, biz bu işarəni edirik. Bu Amerika İşarə Dilinin süd üçün işarəsidir. Nəhayət o bunu heç bir göstəriş olmadan etməyə başlayacaq."

Beləliklə şüşəsi üçün ağlamaq yerinə... o, işarə edir.

“CopyCAT” ilk olaraq siniflərdə istifadə üçün inkişaf etdirilib. Thomas hərəkət senzorları olan əlcək taxıb. Kamera onun hərəkətlərini izləyir. Nə zaman ki, o düzgün işarəni göstərir, o buna görə xal qazanır və növbəti mərhələyə keçir..

Thad Starner: "...uşaqlar pişik İrisə pis canavarların oğurladığı qiymətli daşları və ya balqabaqı tapmaqda kömək etməlidirlər..."

Starnerin komandası çəkilişləri çizgi filmlərinə yerləşdirirlər - beləliklə eşitmə problemi olanlar nüansları və zarafatları anlaya bilirlər.
XS
SM
MD
LG