Accessibility links

ATƏT-in baş katibi Yerevanda tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb


ATƏT-in baş katibi Lamberto Zannier

ATƏT-in baş katibi Lamberto Zannier

Lamberto Zannier deyib ki, tərəflərin gələcək eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməsi, snayperləri cəbhə xəttindən geri çəkməsi çox vacibdir.

Ermənistanda rəsmi səfərdə olan ATƏT-in baş katibi Lamberto Zannier bu gün Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmaq üçün Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində atəşkəs rejiminə əməl olunmasının vacibliyini bildirib və Ermənistanda islahatların keçirilməsində ATƏT-in gələcək dəstəyini vəd edib.
Turan Agentliyinin məlumatına görə cənab Zannier bildirib ki, ATƏT münaqişənin nizamlanmasına dair danışıqlarda ATƏT həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsinin səylərini tam dəstəkləyir. O həmçinin cəbhə xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə, cəbhə xəttinə yaxın yaşayan mülki şəxslərə hücumla bağlı narahatlığını bildirib.
“Həyəcanlı durumu sabitləşdirə və gələcək itkilərin qarşısını ala biləcək tədbirlərin görülməsi zərurəti var”, - xarici işlər naziri Edvard Nalbandyanla görüşündən sonra bildirib.
“Hər iki tərəfin gələcək eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməsi, snayperləri cəbhə xəttindən geri çəkməsi çox vacibdir. Mən Bakıda da bu cür müraciətlə çıxış etmişəm”, - o əlavə edib.
L.Zannier qeyd edib ki, inam tədbirlərinin, o cümlədən münaqişə tərəfləri arasında əlaqələrin möhkəmləndirilməsinə yardım ATƏT üçün prioritetlərdən biridir.
Baş katib Yerevana gəlişi ilə Cənubi Qafqaza səfərini başa vurur. Səfər iyulun 8-9-da Bakıda başlayıb və 9-11-də Tbilisidə davam edib.
XS
SM
MD
LG