Accessibility links

Vəkil: Düz iki dəfə Lamiyə Quliyevanın təcridxanaya gətirilməsi səhər saat 9-dan axşam saat 9-dək ləngidilib [Video]


Adəm Məmmədovun Amerikanın Səsinə müsahibəsi

Vəkil Adəm Məmmədov Amerikanın Səsinə müsahibəsində Lamiyə Quliyeva və onun qohumlarının həbsi, qarşılaşdığı təzyiqlər, cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməsi ilə bağlı yeni maraqlı faktlar, yeni araşdırma, gözlənilən məhkəmə haqqında danışıb.

Lamiyə Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva 10 il həbs cəzasınaməhkum edilib.

Cəza müddəti bitənə yaxın L.Quliyevanın cəzası Cinayət Məcəlləsinin 317-ci (nəzarətçi ilə kobud davranış) maddəsi ilə daha 5 il 6 ay artırılıb. Baş Prokurorluq cəzanın ağırlığı ilə bağlı hökmdən protesti verib.

Lamiyə Quliyeva Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır O bir neçə ay öncə burada ana olub. Qanunvericiliyə görə, nigahda olmayan şəxsin yanına onun ailə üzvlərindən başqa şəxslər buraxılmır. .

Ədliyyə Nazirliyi və Baş Prokurorluq birgə araşdırmalardan sonra 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhbus Lamiyə Quliyevanınzorlanmadığı qənaətinə gəlib.

Baş Prokurorluğun məlumatına görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, məhbusun ötən ilin oktyabrında dünyaya gətirdiyi uşağın atasının şəxsiyyəti məlumdur.

“Araşdırmalar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunmaqla nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, məlumatda deyilir.

Amerikanın Səsi: Lamiyə Quliyeva və onun ətrafında baş verənləri necə qiymətləndirirsiniz? Bu işlə bağlı neçə nəfər həbsdə olub?

Bu işlə bağlı təxminən 12 nəfər həbsdə olub. Lamiyənin anası cinayət məsuliyyətinə cəlb olunub. Bundan başqa onun keçmiş nişanlısı Vüqar Əliyev, onun atası, anası, xalası, bibisi, qardaşı, qardaşının həyat yoldaşı da həbsdə olub, cinayət məsuliyyətinə cəlb olunub.

Adəm Məmmədov: Bu işlə bağlı təxminən 12 nəfər həbsdə olub. Lamiyənin anası cinayət məsuliyyətinə cəlb olunub. Bundan başqa onun keçmiş nişanlısı Vüqar Əliyev, onun atası, anası, xalası, bibisi, qardaşı, qardaşının həyat yoldaşı da həbsdə olub, cinayət məsuliyyətinə cəlb olunub. Bu olay cəmiyyətdə, xalqımız tərəfindən çox mənfi qarşılanan bir haldır. Çünki Aslan Aslanov (Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı) işlədiyi müddətdə, rayon icra hakimiyyəti başçısı olan vaxt vəzifəsindən istifadə edərək bir nəfərin ölümünə görə bu qanunsuz əməllərə gedib. Hansı ki, aidiyyəti olmayan şəxsləri də qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb etdirmişdi.

Amerikanın Səsi: Necə qiymətləndirirsiniz? Bunun hüququ qiyməti necədir? Bu qədər adam həbs olunmalı idimi?

Çünki burada artıq namus məsələsindən söhbət getdiyinə görə çalışıb ki, işin motivini dəyişsin və başqa istiqamətə yönəltsin. Çox təəssüflər olsun ki, bunu da məhkəmədən keçirib.

Adəm Məmmədov: Əlbəttə, olmamalı idi. Çünki təqsirkarlar məsuliyyətə cəlb olunmalı idi. Yəni cinayət işinin materialına baxanda görürük ki, Vüqar Əliyevin atasını da cinayət məsuliyyətinə cəlb ediblər. Əslində Aslan Aslanov cinayətin motivini gizlədib. Bunu həzm edə bilməyib. Çünki burada artıq namus məsələsindən söhbət getdiyinə görə çalışıb ki, işin motivini dəyişsin və başqa istiqamətə yönəltsin. Çox təəssüflər olsun ki, bunu da məhkəmədən keçirib. Motivi göstərib ki, torpaq mübahisəsindən doğan məsələdir. Amma halbuki, Şəmkir rayon aqrar islahat komissiyasının 1999-cu il qərarı ilə həmin mübahisəli torpaq hüquqlarını müdafiə etdiyim Vüqar Əliyevin atasının mülkiyyətinə verilib. Aslan Aslanov göstərir ki, guya həmin torpaqla əlaqədar onu ölümlə hədələyiblər. Burada bir məsələ ortaya çıxır, bu bir il əvvəl baş vermişdisə, niyə hüquq-mühafizə orqanlarına müraciət etməyib.

Amerikanın Səsi: Bu işlərlə bağlı hüquq mühafizə orqanları yenidən araşdırmaya başlayıbmı? Kimlər günahkardır bu işdə?

O məhkəmə istintaqında bildirib ki, hadisəni mən törətmişəm. Mən vurmuşam, yəni burada Vüqar Əliyevin heç bir günahı yoxdur. .

Adəm Məmmədov: Bu işdə günahkar olan şəxs Aslan Aslanovun özüdür və onun göstərişlərini icra edən şəxslərdir, sifarişi qəbul edən insanlardır. Lamiyə hadisə törədilən vaxt yetkinlik yaşına çatmayıb. O məhkəmə istintaqında bildirib ki, hadisəni mən törətmişəm. Mən vurmuşam, yəni burada Vüqar Əliyevin heç bir günahı yoxdur. Düzdür ibtidai istintaq və məhkəmə istintaqı belə qənaətə gəlib ki, bunları cəzalandırsın. Həmin dövrdə Lamiyə xanım yetkinlik yaşına çatmadığı üçün, yəni qanunvericilikdə göstərilir ki, 10 ildən artıq cəza verilə bilməz. Lamiyəyə maksimum cəza verilib. 2013-cü ildə o cəzadan azad olunmalı idi. Aslan Aslanov qisasçılıq əməlindən əl çəkməyərək, qisasçılığını həyata keçirərək Lamiyə Quliyevaya iki dəfə qondarma ittiham irəli sürdürmüş, birində bəraət verilib, digərində isə çox təəssüflər olsun ki, cinayət məsuliyyətinə cəlb olunub və 2013-cü ildə azadlığa buraxılmasına maneçilik göstərib.

Amerikanın Səsi: Lamiyə Quliyevanın həbs müddətində cəzaçəkmə müəssisəsində uşağı olub. Bu mümkün idimi, burada qanun pozuntusu baş verib, ya yox? Çünki Lamiyə Quliyeva bəyanat verib ki, könüllü olub.

Yəni burada qanunvericiliyin tələbləri pozulub. Bu hala şərait yaradan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzarətçilərindən kimlər təqsirkardırsa cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Adəm Məmmədov: Ümumiyyətlə Lamiyə xanımın elə bəyanat verməsi, yəni o qapalı bir şəraitdədir. Aydın məslədir ki, o belə bəyanat verməlidir. Çünki hazırda o cəza çəkir. Həqiqətin üzə çıxması Lamiyə xanım azad olunduqdan sonra dəqiq bilinəcək. Qanunvericilikdə yaxın olmayan, nigahı qeydiyyata alınmayan, nigah münasibətində olmayan şəxsin ana olması nəzərdə tutulmayıb. Ümumiyyətlə görüşməsi, belə bir şəraitin yaradılması qanunvericiliyin tələblərinə birmənalı şəkildə ziddir. Yəni burada qanunvericiliyin tələbləri pozulub. Bu hala şərait yaradan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzarətçilərindən kimlər təqsirkardırsa cinayət məsuliyyətinə cəlb olunmalıdır. Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə fakt üzrə cinayət işi başlanmalıdır, təqsirkar şəxslər məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə də cinayət işi başlanıla bilər. Təqsirkar şəxslər istintaq tərəfindən müəyyən olunub məhkəmə qarşısına çıxarılmalıdır.

Amerikanın Səsi: Mən belə bir hesablama apardım. Lamiyənin anası bəyan edib ki, hazırda uşaq üç aylıqdır və 9 ay da üstə gələndə təqribən bir il edir. Bir il bundan qabaq isə Lamiyə xanım Apellyasiya Məhkəməsində olub. Təsadüf edə bilərmi ki, Apellyasiya Məhkəməsi zamanı onu harasa çıxara bilərlər, məcbur edə bilərlər? Çünki. Mədət Quliyevin (Penitensiar Xidmətin rəhbəri) dediyi ilə də üst-üstə düşür. O deyib ki, bilinəcək və bizim heç bir günahımız yoxdur.

Yəni buna da ədliyyənin əməkdaşları çox təəccüblə yanaşıblar, yəni araşdırıblar və müəyyən olunub ki, düz iki dəfə səhər saat 9-dan axşam saat 9-dək məhkəmə iclas protokolu ilə tanış olmaq bəhanəsı ilə onun Bakı İstintaq Təcridxanasına gətirilməsi ləngidilib.

Adəm Məmmədov: Lamiyə xanımı həmin vaxt Bakı Apellyasiya Məhkəməsində verilən ittihamla bağlı apellyasiya baxışı zamanı Penitensiar Xidmətin əməkdaşları gətirib-aparıb. Yəni nəzarətçilər gətirib-aparır. Hər bir halda o nəzarətçilərin müşayiəti altında gətirilib-aparılıb. Məndə olan məlumata görə, yəni mənə bildiriblər, hansı ki, Bakı Apellyasiya Məhkəməsində bu görsənməyib. Yəni buna da ədliyyənin əməkdaşları çox təəccüblə yanaşıblar, yəni araşdırıblar və müəyyən olunub ki, düz iki dəfə səhər saat 9-dan axşam saat 9-dək məhkəmə iclas protokolu ilə tanış olmaq bəhanəsı ilə onun Bakı İstintaq Təcridxanasına gətirilməsi ləngidilib.

Amerikanın Səsi: Necə qiymətləndirirsiniz, indi istintaq orqanları araşdırmaya başlayıbmı və kimlər araşdırmaya cəlb olunub, kimlər təhqiqat mövzusudur?

Belə bir təzyiq altında olması, həbsi uzadıldıqdan sonra uşaq dünyaya gətirməsi qisasçılığın ən şiddətli, ağlasığmaz dərəcədə olması kimi hərəkətlərə şübhələr yaradır.

Adəm Məmmədov: Bu gün Baş Prokurorluq rəsmi məlumat yaydı. Təqsirkar şəxslər, vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq. Artıq rəsmi orqanlar münasibət bildirib, araşdırmadan, şahid ifadələrindən sonra və Lamiyə xanım səmimi ifadə verdikdən sonra bu halın kim tərəfindən törədilməsi müəyyən olunacaq. Burada qisasçılıq görsənir. Niyə? Çünki buna 10 il iş verilir. 2013-cü ildə azad olunma ərəfəsində iki dəfə qondarma ittiham verilib. Hətta cəzaçəkmə müəssisəsində buna qarşı bir çox təzyiqlər baş verib, şərləmə həyata keçirilib. Belə bir təzyiq altında olması, həbsi uzadıldıqdan sonra uşaq dünyaya gətirməsi qisasçılığın ən şiddətli, ağlasığmaz dərəcədə olması kimi hərəkətlərə şübhələr yaradır.

Amerikanın Səsi: Fevralın 12-də Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxılacaq. Lamiyə Quliyevanın həbsdən azad ediləcəyinə, Vüqar Əliyevin həbsinin azaldılacağına və ya azad ediləcəyinə inanırsınızmı?

Çünki qanunvericilikdə, konstitusiyada hər bir vətəndaşın hüquqlarının qorunmasına və müdafiəsinə dair ölkə prezidenti ciddi yanaşmalıdır və bu hüquq pozuntusu aradan qaldırılmalıdır. Çünki bu məsələ çox ağır bir prosesdir.

Adəm Məmmədov: Əlbəttə, mən ümid edirəm. Artıq bu çox ictimailəşmiş məsləyə çevrilib. Ölkə prezidentimizdən bu ədalətin bərpa olunmasını gözləyirik. Hətta Vüqar Əliyevlə bağlı əfv ərizəsi də hazırdır. Mən Vüqar Əliyevlə görüşdükdən və həmin ərizəni o imza etdikdən sonra mətbuata əfv ərizəsinin məzmununu açıqlayacam. Bundan sonra prezidentə müraciət edəcəm. Çünki qanunvericilikdə, konstitusiyada hər bir vətəndaşın hüquqlarının qorunmasına və müdafiəsinə dair ölkə prezidenti ciddi yanaşmalıdır və bu hüquq pozuntusu aradan qaldırılmalıdır. Çünki bu məsələ çox ağır bir prosesdir. Burada təqsirkar şəxslərin, iştirak edənlərin, sifarişçinin həddən artıq nüfuzlu olduğuna görə prezidentin mövqeyi zəruridir. Qaldı ki, Lamiyə Quliyevanın həbsdən azad olunmasına, artıq baş prokurorun protesti var. Çünki Xətai rayon Məhkəməsinin qərarından şikayət müddəti ötmüşdü. Buna baxmayaraq Baş Prokurorluq vəsatətlə məhkəməyə müraciət etdi, eyni zamanda protest verdi və iş Bakı Apellyasiya Məhkəməsinin icraatına qəbul edildi. Hesab edirəm ki, burada prokurorluğun mövqeyi müsbətdir. Hesab edirəm ki, Lamiyə Quliyeva həbsdən azad olunacaq.

Müəlliflərdən: Aslan Aslanov bu ittihamları qəbul etmir. O yerli mediaya bildirib ki, oğlunu qətlə yetirən şəxslər məhkəmələr tərəfindən cızalnadırılıb və istintaq, məhkəmə orqanlarına təzyiq etməyib.

Show comments

XS
SM
MD
LG