Accessibility links

İlan Berman: İrana təzyiqlərin azalması regionda müharibə təhlükəsini artırır


İlan Berman: İrana təzyiqlərin azalması regionda müharibə təhlükəsini artırır
İlan Berman: İrana təzyiqlərin azalması regionda müharibə təhlükəsini artırır

Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibə verən siyasi təhlilçi İran daxilində cərəyan edən siyasi proseslərə də diqqət yetirməyin vacibliyini vurğulayır (Mətnin altında videoya bax)

Vaşinqtonda qərargahlanan Amerika Xarici Siyasət Şurasının vitse prezidenti İlan Berman hesab edir ki, ABŞ-ın İrana qarşı yürütdüyü sanksiyalar siyasəti Tehranın nüvə proqramının qarşısını almaq üçün yetərli olmaya bilər. Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibə verən siyasi təhlilçi eyni zamanda İran daxilində cərəyan edən siyasi proseslərə də diqqət yetirməyin vacibliyini vurğulayır.

Sual: Cənab Berman, bu həftənin əvvəlində Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında İrana qarşı dördüncü raund sanksiyalari əhatə edən qətnamə layihəsini təqdim edib. Güman edirsinizmi ki, Rusiya və Çin kimi daimi üzvlərin dəstəyini almaqla ABŞ Təhlükəsizlik Şurasında qətnamənin keçidinə nail ola biləcək?

Cavab: Hazırda layihə formatında olan dördüncü raund sanksiyalar qətnaməsi yəqin ki, Təhlükəsizlik Şurasında təsdiq olunacaq və bu, Ağ Ev üçün bir növ qələbə sayıla bilər. Ağ Evin 15 aylıq diplomatik səyləri bu ideyaya əsaslanırdı ki, əgər o, İranla təmas qurmaq üçün xoş məram nümayiş etdirsə və İran buna cavab verməsə onda İrana təzyiq göstərmək üçün beynəlxalq konsensus yaranacaq. Bu qətnamə layihəsi çox detallı və məqsədyönlüdür. Bu, onu göstərir ki, Rusiya, Çin və başqa Təhlükəsizlik Şurası üzvləri sanksiyalara əvvəlkindən daha çox meyl göstərirlər. Lakin BMT-dəki sanksiyalar kursu həmişə böyük bir qüsura malik olub. Bu, da odur ki, sanksiyalar İranın nüvə proqramının dinamizmi ilə ayaqlaşa bilmir. İranın nüvə proqramı sanksiyalardan daha sürətlə inkişaf edir. Ona görə də beynəlxalq ictimaiyyət üçün İranın nüvə proqramına adekvat cavab vermək getdikcə çətinləşir. Bu sanksiyalar tədrici xarakter daşıyır. İranın böğazında ilkək daralır, və lakin güman ki, bu, İran rəhbərliyini nüvə siyasətindən əl çəkməyə vadar etməyəcək.

Sual: Belə bir narahatlıq var ki, əgər İranın nüvə proqramının qarşısı vaxtında alınmasa, Birləşmiş Ştatlar yaxud İsrail hərbi varianta əl ata bilər? Siz bu narahatlığı bölüşürsünüzmü?

Cavab: Əlbəttə ki, bu, əsaslı narahatlıqdır. Heç kim hərbi ölçülərin götürüləcəyini qabaqcadan bilmir. Amma aydındır ki, əgər beynəlxalq ictimaiyyət bu qənaətə gəlsə ki, BMT-də yürüdülən sanksiyalar kursu və ya ABŞ-ın qeyri-hərbi vasitələrlə İranın nüvə proqramının qarşısın almaq yönümündə göstərdiyi səylər effektiv deyil, onda hərbi eskalasiya şansları artır. Spesifik olaraq İsraildə nüvə silahına malik İrana birmənalı yanaşılır. İsrailin bütün siyasi spektrumu boyunca bu məsələ hamını narahat edir. Odur ki, hərbi qarşıdurma potensialı birbaşa olaraq İsrailin beynəlxalq ictimaiyyətin İrana göstəridiyi təzyiqlərin uğurlu olub-olmaması haqda gəldiyi nəticədən asılıdır. Əgər kifayət qədər təzyiq olmasa, onda hərbi qarşıdurma ehtimalı artır.

Sual: Siz bayaq beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə vaxt yarışında olduğunu qeyd etdiyiniz. Lakin belə görünür ki, İran rejimi özü də hakimiyyətdə qalmaq üçün qızğın yarışdadır. İranda ötən ilin iyun ayında başlanan etiraz dalğası az qala rejimin devrilməsinə gətirib çıxardı. Siz İranda cərəyan edən edən siyasi hərəkatın perspektivlərini necə görürsünüz?

Cavab: İlk növbədə onu qeyd etmək lazımdır ki, İranda cərəyan edən olaylar xüsusi diqqət cəlb edir. İlk baxışda ötən iyun ayında İranda baş qaldıran etiraz dalğasına təkan verən amil İran prezidenti Mahmud Əhmədinejadın saxtakarlıqla prezident seçilməsi haqda yaranan təsəvvür idi. Lakin etirazın səbəbi təkcə bu deyildi. İrandakı etiraz dalğasının kökləri daha dərindir. Bunlar sosial-iqtisadi bəlalar və nəhəng demoqrafik dəyişikliklərlə sıx bağlıdır. Məhz bu faktorlar yaşıl hərəkatın az qala bir il sonra hələ də mövcudluğunu davam etdirməsini izah edir. Ola bilsin ki, hərəkat bir il əvvəlki kimi canlı deyil. Lakin narazılıq doğuran amillər hələ də qalır. Hələlik rejim hakimiyyətdədir. Lakin rejim qoca, İran xalqı isə gəncdir; sanksiyalar üzündən İranda iqtisadi durum getdikcə pisləşir. Bu üzdən də İranda vəziyyət çox qeyri-sabitdir. Xatırlamaq lazımdır ki, tarixən Ayətulla Xomeyni şahı bir neçə ildən sonra devirə bildi. Bu, bir gecənin içərisində və ya bir ildə baş vermədi. Bu, illərlə vaxt apardı. İndi biz görürük ki, İran oxşar proseslərin erkən mərhələsinə daxil olub. Tehranda qocalmış, təcridedici və radikal bir rejim xalq kütlələrinin narazılığı ilə qarşılanır. Sual bundan ibarətdir ki, bu narazılıqlar qarşıdan gələn bir il və ya il yarım ərzində necə təkamül edəcək?! Amerika və dünya ictimaiyyəti bununla bağlı nə kimi mövqe sərgiləcəyək? İndiyədək biz prosesləri kənardan müşahidə etməklə kifayətlənmişik. Lakin məsələyə diqqətlə baxsaq, aydındır ki, biz demokratiya və insan hüquqlarını dəstəkləyən hərəkatı hazırkı İran rəhbərliyindən üstün tuturuq.


XS
SM
MD
LG