Accessibility links

Xarici dil və mədəniyyəti öyrənmək hərbi strategiyanın əsas komponentlərindəndir [Video]


Xarici dil və mədəniyyəti öyrənmək hərbi strategiyanın əsas komponentlərindəndir
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Bir xalqla ünsiyyətdə olmaq üçün onun dili və mədəniyyətini bilmək hərbi strategiyanın xaricidəki əsas komponentlərindəndir. Dili bilmək və mədəniyyətlə tanışlıq hər hansı bir missiyanın uğur və uğursuzluqla başa çatmasında fərqi göstərə bilər.

Müdafiə Nazirliyi Dillər İnstitutunun “Xarici Dillər Mərkəzi”ndə tələbələr xarici ölkələrin dil və mədəniyyətini öyrənir. Dərsləri tələbələrə ana dilində danışan və bəzən ABŞ hərbi qüvvərinin xarici dil bilən zabitləri keçir. Baş çavuş Qarik Bartlett Puştu dilini tədris edir. “Mənim başlıca vəzifəm ana dili ingilis olanlara puştu və ingilis dilləri arasında körpü qurmağa kömək etməkdir”.

Kaliforniyanın Monterey şəhərindəki instituta tələbələr Birləşmiş Ştatlar ordusunun müxtəlif bölmələrindən gəlir. Dünyanın hansı ölkəsində ABŞ səfirliyi varsa, oradakı hərbi attaşelərə həmin ölkənin dili tədris edilir. “Mən diplomatam və səfirlikdə işləmək üçün hazırlanıram. Bu mənə xarici əlaqələrin qurulmasında kömək edəcək. Mən bu proqram üzrə azı 4 il çalışmalıyam” deyə, ABŞ Hərbi Hava Qüvvələrinin mayoru Breyden Kabş

kolman bildirir.

24 həftədən 64 həftəyə qədər davam edən intensiv dil kurslarını 1800-ə yaxın müəllim tədris edir. İzabella Kristofer: “Biz kiməsə tələbələrin bir dili 9 aya, yaxud 35 və ya 45 həftəyə öyrətdiyini deyndə, heç kəs buna inanmır.”

Dilləri öyrənməklə yanaşı tələbələrə "Immersion Facility”, real həyatla tanışlıq proqramı üzrə dərslər keçirilir. Burada tələbələr ingilis dilində danışmır və hər hansı bir ölkəyə məxsus milli geyimdə , yerli dildə danışır.

Obama administrasiyası İraq və Suriyada İslam Dövləti qrupuna qarşı yerli müttəfiqlərə təlim məqsədilə xüsusi təyinatlı hərbi qüvvələrin sayını artırdığı bir vaxt, dillər institutu bu missiyada böyük əhəmiyyət kəsb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG