Accessibility links

Lənkəran və Kaliforniyanın Monterey şəhəri qardaşlaşdı


Lənkəran və Kaliforniyanın Monterey şəhəri qardaşlaşdı

Lənkəran və Kaliforniyanın Monterey şəhəri qardaşlaşdı

Azərbaycanın subtropik bölgəsindəki Lənkəran və Amerikanın Sakit okeanı sahilindəki Monterey şəhərləri rəsmi olaraq qardaşlaşmış şəhərlər elan edilib. Buna dair sənəd keçən həftə Lənkəran şəhər icra hakimiyyətinin yüksək səviyyəli rəsmilərinin Montereyə səfəri zamanı imzalanıb. Azərbaycanın Los Ancelesdə baş konsulu Elin Süleymanov da imzalama mərasimində iştirak edib.

Monterey Amerikada ən məhur turizm məkanlarından biridir. Hər iki şəhərin gözəl təbiəti onları birləşdirən əsas cəhətlər kimi göstərilir.

Montereyin Amerika tarixi və ədəbiyyatında da mühüm yeri var. Amerikanın məşhur yazıçısı, 1962-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Con Steynbek həyatının bir neçə ilini şəhərdə yaşamış və özünün məşhur “Konserv zavodu” romanını Montereyə həsr edib burada yazmışdır.

Amerikanın ən məşhur qolf meydançılarının olduğu Pebl Biç (Pebble Beach) kurortu da Monterey yaxınlığında yerləşir.

Lənkəran Montereylə qardaşlaşmış yeddinci şəhərdir. Montereylə qardaşlaşmış digər şəhərlər Xorvatiyada Dubrovnik, Türkiyədə Quşadası, İtaliyada Trapani, İspaniyada Lerida, Tayvanda Taynan və Yaponiyada Nanodur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG