Accessibility links

Laosda təyyarə qəzasında ölənlər arasında dövlət rəsmiləri də var


Laos rəsmiləri deyir ki, 20 nəfər sərnişini olan hərbi təyyarə bu gün səhər saatlarında ölkənin şimal bölgəsində qəzaya uğrayıb. Sərnişinlər arasında yüksək vəzifəli dövlət rəsmiləri də olub.

Baş nazirin müavini və eləcə də müdafiə naziri olan general-leytenant Douanqçit Phiçit qəza zamanı öldüyü təsdiqlənib.

Amerikanın Səsinin Loas xidmətinin məlumatına görə, ölənlər arasında paytaxt Vyentyan şəhərinin meri də olub.

Bəzi məlumatlarda qəza zamanı 3 nəfərin sağ qaldığı bildirilsə də, hələ ki, insidentdə dair detallı məlumat açıqlanmayıb. Rusiya istehsalı Antonov AN 74-300 təyyarəsinin hansı səbəbdən qəzaya uğradığı hələ ki bəlli deyil.
XS
SM
MD
LG