Accessibility links

Sərgi izləyiciləri bunu 2011-ci ilin texniki yenilikləri ilə tanış olmaq üçün əla fürsət kimi görür

Las Veqasda keçirilən ənənəvi İstehsalçı Elektroteknika Sərgisində İpad tipli 80-ə yaxın mini-kompyuterlərlə yanaşı, 3D sistemli televizorlar və digər cihazlar nümayiş etdirilib.

Möhtəşəm rənglərlə təchiz olunmuş televizoru görmək üçün 120 mindən çox insan sərgiyə toplaşmışdı. Onlar hətta yüksək texnologiyalı oyuncaqlarla oynamağında marağında idilər. Buna baxmayaraq əl kompyuterləri sərginin ən cəlbedici bölməsi idi. İki ay əvvəl satışa çıxarılan bu tip kompyuterlərdən Samsung – Galaxy Tab-in artıq 1.5 milyon nüsxəsi satılıb.

Sərgidə kompyuter istehsalçısı Lenovo və Toşiba da öz yeni cihazlarını texnologiya həvəskarlarına təqdim edib.

Samsunq şirkətindən Trevor Lambert deyir ki, Galaxy Tab cibinizə sığan əyləncə mərkəzidir: “Bu, asan daşınan cihazdır. Samsunqun media softveyri ilə təchiz olunan bu cihazda minlərlə TV şoulara və filmlərə baxmaq olar. Bu şou və filmlər yüklənəndən sonra onları 5 digər cihazla bölüşmək də olur”.

Elektrotexnika istehsalçısı Coby də mini-kompyuterlər hazırlayır. Şirkətin Amerika üzrə prezidenti Maykl Troetti deyir ki, bu cihazlar İpad almaq istəməyən müştəriləri nəzərdə tutur: “Apple-in 25 santimetr böyüklüyündə cihazları təxminən 500-600 dollaradır. Ancaq Coby eyni ölçüdə cihazları 300 dollara təklif edir və onlar bu vasitələrdən çox məmnun qalırlar”.

Aprel ayında satışa çıxarılandan bəri milyonlarla İpad satılıb, ancaq Vaşinqton yaxınlığındakı Betezda şəhərindən Bes deyir ki, o nə İpad, nə də başqa mini-kompyuter almağı planlaşdırmır: “Fikrimcə bu insanı narahat edən əlavə vasitədir. Mən heç bir belə vasitənin istifadəçisi deyiləm”.

Vaşinqtonda bloger Pamela Sorensen isə deyir ki, iPad-in təqdimatı yeni bazarın əsasını qoyub: “Dostlarımın 80 faizinin iPad-i var. Hətta evdə kompyuteri, Makbuku olan dostlarımın da iPad-i var. Və onlar bu cihazı çox sevirlər.”

Artıq mini-kompyuterləri olanlar isə Arktik suitiyə oxşayan kürklü robot və ya qola taxılan HD sistemi kamera da ala bilərlər.

Texnologiya sənayesi ümid edir ki, yeni vasitələrin satışı başlayan kimi alıcılar onlara yüksək maraq göstərəcəklər.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG