Accessibility links

İspandillilər Trampı səs verməməklə cəzalandıra bilər [Video]


.

Burqos ailəsi üçün indi məşğul zamandır. Pasxa bayramına hazırlıqlar görülür. Rene Burqos inancının qərarlarına, hətta gələcək prezident seçimlərinə belə təsir etdiyini deyir. “Qayğıkeş insan insanların qayğısına qalandır.”

Rene Burgos və onun xanımı Mariya respublikaçılara səs verməyi düşündü. Donald Trampın paraymerilərdə və kokuslardakı qələbəsinədək.

”Debatlar və nəticələrə baxdıqda məyus oldum.'"

Trampın mühacirlər əleyhinə retorikaları latın amerikalıların heysiyyatına ciddi təsir edib.“Qəzəb və məyusluq.”

“Biz bu ölkənin mükəmmələşdirmək üçün çalışırıq, Bunu ağır iş və səmimiyyətlə edirik.”

Amerika vətəndaşı olan Rene Salvadorun vətəndaş müharibəsindən qaçaraq Amerikaya qanunsuz mühacir kimi daxil olub. O, Reyqan administrasiya dövründə əfv edilmidi. Rene Trampın dediklərinin əksi olaraq ispandillilərin bu ölkədə pozitif dəyişikliklər etdiyini deyir.

Respublikaçı siyasi məsləhətçi Luis Alvaradonun dediyinə görə, ispandillilərin respublikaçıların tərəfdarı olmasına baxmayaraq, yeni nəsil seçicilər qərarsızdır. Trampın nailiyyəti onları Klintona səs verməyə vadar edəcək.

“Bu, Klintona dəstək verildiyi və ya onun ideyaları bəyənildiyi üçün deyil, Trampı cəzalandırmaq üçündür.”

Mariya isə deyir ki, seçim Trampla Klinton arasında olsa, əlbəttə Klintona səs verəcək.

“Mən onun siyasətini dəstəklədiyim üçün deyil, Amerikanı Trampdan qorumaq üçün Klintona səs verəcəyəm.”

Pasxa bayramı ərəfəsində Burqos ailəsi Amerikaya layiq olan prezidentin seçilməsinə dua edəcək.

XS
SM
MD
LG