Accessibility links

Latviyada ruslar nümayiş keçiriblər


Latviyada ruslar nümayiş keçiriblər
Latviyada ruslar nümayiş keçiriblər

Azı 2000 nümayişçi Rusiya Harmoniya Mərkəzinin yeni hakim koalisiyada yer almamasına etiraz edərək Latviya parlamenti qarşısında toplaşıb.

Nümayişçilər zurna çalmış, baraban döyəcləmiş və ayrıseçkiliyə qarşı şüarlar səsləndirmişlər.

Mərkəz-solçu Harmoniya Mərkəzi Rusiya ilə əlaqəli təşkilatdır. Partiya ötən ay keçirilən növbədən kənar seçkilərdə ən çox səs toplamışdı, lakin üç Latviya partiyasının əldə etdiyi razılığa əsasən Rusiya təmayüllü siyasi qurum koalisiya danışıqlarından kənarda qalıb.

Latviyanın 2.2 milyonluq əhalisinin üçdə birini ruslar təşkil edir. Latviya müstəqil olduqdan bəri son 20 ildə rusları təmsil edən heç bir partiya hakimiyyətdə təmsil olunmayıb.

XS
SM
MD
LG