Accessibility links

Laurent Qbaqbo mühasirəyə alınıb


Laurent Qbaqbo mühasirəyə alınıb
Laurent Qbaqbo mühasirəyə alınıb

Telefon vasitəsi ilə müsahibə verən lider hakimiyyətini əldən verməyəcəyini bildirib

Fil Dişi Sahilinin beynəlxalq səviyyədə tanınmış prezidenti Alassane Ouattaranı dəstəkləyən qüvvələr hazırkı lider Laurent Qbaqbonu devirmək üçün onun evinə hücum ediblər.

Şahidlər Cənab Qbaqbonun ailəsi ilə gizləndiyi Abicandakı bunkerinin ətrafında atışma səsləri eşitdiklərini bildiriblər.

Dünən bayıra çıxan cənab Qbaqbo təslim olmağa hazır görünürdü, lakin sonra telefon vasitəsi ilə müsahibə verən lider ötənilki seçkilərin qalibi olduğunu və hakimiyyətini əldən verməyəcəyini bildirib.

Cənab Ouattaranın yardımçıları cənab Qbaqbonun evinə hücum edən qüvvələrin onu sağ ələ keçirmək əmri aldıqlarını bildiriblər.

XS
SM
MD
LG