Accessibility links

Lavrov: Ordu Krımda Rusiya vətəndaşlarını qoruyur


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin əsgəri qüvvəsinin Ukraynada Krım yarımadasında mövcudluğunu müdafiə edib. O, Krımda siyasi vəziyyətin normallaşmasına qədər yarımadaya Rusiya əsgərlərinin göndərilməsinin vacib olduğunu bildirib. Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında Rusiya xarici işlər naziri ordunun Krımda Rusiya vətəndaşlarının qoruduğunu deyib.

Ukrayna Rusiyanı hərbi müdaxilədə ittiham edərək, Moskvanı silahlı qüvvələri Krımdan çıxarmağa çağırıb.

Rusiya medaiası döyüş təyyarələrinin bazar və bazar ertəsi günləri Qara dəniz üzərində Ukrayna hava hövzəsində uçduğu haqda məlumat verib.

Böyük Yeddilər qrupuna daxil olan ölkələr Rusiyanı Ukraynanın suverenliyini onların ifadəsilə, açıq şəkildə pozduğuna görə qınadığı halda, Sergey Lavrov Rusiya və Çinin Ukraynada vəziyyətlə bağlı bir fikrə malik olduğunu deyib.

Rusiya xarici işlər naziri və onun çinli həmkarı arasında bazar ertəsi gün telefon söhbəti olub. Çiin Xarici işlər nazirliyinin sözçüsü Qin Qanaq Çinin vəziyyətin siyasi həllinin tapılmasını istədiyini bəyan edib.
XS
SM
MD
LG