Accessibility links

Lavrov və Nalbandyan arasında telefon söhbəti olub


Lavrov və Nalbandyan arasında telefon söhbəti olub

Lavrov və Nalbandyan arasında telefon söhbəti olub

İyulun 18-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan arasında telefon söhbəti keçirilib. Söhbət zamanı Dağlıq Qarabağ ətrafında vəziyyətin müxtəlif aspektləri müzakirə edilib. Bu haqda məlumatı Rusiya Xarici İşlər nazirliyi yayıb.

Telefon söhbəti zamanı Rusiya prezidenti Dmitri Medvedevin Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə 2010-cu il oktyabrın 27-də Həştərxan və 2011-ci il mayın 5-də Soçidə görüşləri zamanı atəşkəs rejiminə ciddi şəkildə əməl olunması, qarşılıqlı əsaslarda əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və etibarın möhkəmləndirilməsi, habelə insidentlərin araşdırılmasında əməkdaşlığın zəruriliyinə dair əldə olunmuş razılaşmaların əməli reallaşmasının aktuallığı vurğulanıb.

Bununla yanaşı nazirlər arasında söhbət zamanı münaqişənin nizamlanması üçün uyğun atmosferin yaradılması səylərinin humanitar komponenti də müzakirə edilib.

Məlumatda deyilir ki, Edvard Nalbandyan prezident Sarkisyanın Rusiya prezident Dmitri Medvedevin Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazan görüşünün nəticələrinə dair təklifinə yaxın zamanlarda cavabını təqdim edəcəyini bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG