Accessibility links

Lavrov: Rusiya terrorçular məğlub olmayanadək Suriyada əməliyyatları davam etdirəcək


Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, onun ölkəsinin hərbi qüvvələri Suriyada terrorçu təşkilatlar məğlub edilməyənə qədər hava hücumlarını dayandırmayacaq.

Lavrov bu açıqlamaları nə hökumət, nə də müxalifət nümayəndə heyətinin BMT-nin nümayəndəsi Steffan de Mistura ilə rəsmi görüş keçirməməsindən bir gün sonra təşkilatın Suriyaya dair Cenevrədə keçirilən danışıqlarda inkişaf əldə etməyə çalışdığı vaxt verib.

ABŞ Dövlət katibi Con Kerri və ,Rusiya Xarici İşlər naziri Sergey Lavrov

ABŞ Dövlət katibi Con Kerri və ,Rusiya Xarici İşlər naziri Sergey Lavrov

Lavrov xüsusilə Əl-Qaidə ilə əlaqəsi olan Cəbhət Əl-Nusra qrupunun əsas hədəf olduğunu deyərək bildirib ki, hava hücumlarının dayandırılmalı olduğunu düşünmür.

Rusiya hava hücumları kampaniyasının əsas hədəfinin militantlar əvəzinə müxalifə döyüşçülərinin olduğunu deyən Qərb ölkələrinin təndiqləri ilə qarşılaşıb. Rəsmi Moskva bu tənqidləri dəfələrlə rədd edib.

ABŞ Dövlət katibi Con Kerri hava hücumlarının dayandırılmasına çağırıb və bildirib ki, Suriyada atəşkəs tez zamanda bərqərar olmalıdır.

Show comments

XS
SM
MD
LG