Accessibility links

Suriya hökuməti və prezident Bəşar Əl-Əsədə müxalif qrupun nümayəndələri sülh danışıqlarının ikinci raundunda iştirak etmək üçün Cenverədədir.

BMT-nin Ərəb Liqasının xüsusi nümayəndəsi Laxdar Brahimi hər iki tərəfin nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirir.

Danışıqlar ötən ay az inkişafın əldə edildiyi müzakirələrin birinci raundunun davamıdır. Laxdar Brahimi danışıqların birinci raundunu müzakirələrin davamı üçün yaxşı başlanğıc adlandırıb.

Müvəqqəti hökumətin yaradılmasından tutmuş mühasirəyə alınmış ərazilərə humanitar yardımın çatdırılmasınadək bir çox məsələlərdə boyük fikir ayrılıqları qalmaqdadır.

Bu arada, Fransanın xarici işlər naziri Lauren Fabius deyib ki, mühasirədə qalmış ərazilərə ərzaq və tibbi ləvazımatın çatdırılması üçün Fransa BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə yeni əlavələrin edilməsinə hazırlaşır.

O bu açıqlamaları üsyançıların nəzarətində olan Homs şəhərindən 600 nəfərin evakuasiya edilməsindən sonra verib.
XS
SM
MD
LG