Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə kinorejissor Mariya İbrahimova “Women in Motion” adlı layihəyə başlayıb.

ABŞ səfirliyinin məlumatına görə, layihə yerli kinematoqrafiyada gender bərabərliyini təbliğ edərək, qadın kinorejissorlara öz ideyalarını inkişaf etdirmək, yeni biliklər qazanmaq, çəkdikləri filmlər üçün auditoriya müəyyənləşdirmək və karyeralarında yüksəlmək imkanlarını təqdim edir.

Layihənin əsas məqsədi Azərbaycanda yaradıcı sahəni inkişaf etdirmək və ölkədə müxtəlifliyin inkişafına öz töhfəsini verməkdir. Layihə iştirakçıları artıq qısa filmlərin çəkilişi üzərində çalışır.

“Kinolar Azərbaycan və xaricdə nümayış olunacaq və beləliklə, kino sənayesindəki yeni imzaları daha geniş auditoriyaya tanıtmağa kömək göstərəcək”, məlumatda deyilir.

XS
SM
MD
LG