Accessibility links

ABŞ hava və dənizdən hücum təhlükələrinin qarşısını almağa qadir olan lazer silahları istehsal edib.

Hərbi dəniz donanması dünən yeni silahların pilotsuz təyyarəni vurulmasını nümayiş etdirən video yayıb. Bu silahlar kiçik düşmən gəmiləri və pilotsuz təyyarələri zərərləşdirməyə də qadir olacaq.

Rəsmilər deyir ki, lazer qurğusu elektrik enerjisi ilə işlədiyinə görə hər bir atəş 1 dollardan da az məbləğə başa gələcək. Bu, minlərlə dollar dəyəri olan raketlə müqayisə edilməz rəqəmdir.

Lazer 2014-cü ildə İran Körfəzinə göndəriləcək amfibiya nəqliyyat gəmilərinin üzərinə bərkidiləcək.
XS
SM
MD
LG