Accessibility links

İlbiz Dünya Kubokunda İspaniyanın çempion olacağını təxmin edib


Builki çempionatda Almaniyanın bütün oyunlarını düzgün təxmin edən səkkizayaqlı ilbiz bu komandanın 3-cü yeri tutacağını proqnozlaşdırıb

Futbol üzrə dünya çempionatında Almaniya yığmasının keçirdiyi bütün oyunların nəticəsini əvvəlcədən təxmin etməklə məşhurlaşan səkkizayaqlı ilbiz yenidən dünyanın diqqət mərkəzindədir. Pol adlı ilbiz bazar günü keçirilən final oyunundan sonra dünyanın ən böyük idman mükafatının İspaniyaya gedəcəyini təxmin edib. 8 ayaqlı möcüzə üzərində Hollandiyanın bayrağı olan qutudakı yemi götürməkdən imtina edərək İspaniyanın bayrağı olan qutuya yaxınlaşıb. Bu ilbiz Almaiyanın Serbiya və hətta İspaniyaya uduzması da daxil olmaqla komandanın keçirdiyi bütün oyunlarının nəticəsini əvvəlcədən təxmin edib. Son oyunda ilbizin almanların üzüntüsünə səbəb olmasına baxmayaraq, 3-cü yer uğrunda oyunun nəticəsini təxmin edən canlı möcüzə Almaniyanın Uruqvay üzərində qələbə çalacağını təxmin edib.

XS
SM
MD
LG