Accessibility links

Əlcəzair müxalifəti yeni nümayişlərə çağırır


Əlcəzair müxalifəti yeni nümayişlərə çağırır
Əlcəzair müxalifəti yeni nümayişlərə çağırır

Əlcəzair müxalifətinin liderləri gələn şənbə günü Əlcir şəhərində yeni nümayiş keçirəcəklərini bəyan ediblər. Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və qeyri-rəsmi həmkarlar ittifaqları təşkil edəcək.

Bundan öncə müxalifət dünən paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq baş tutmuşdu.

Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər. Bir çox fəallar polis barrikadalarını yararaq meydana çata bilmişlər.

Əlcəzair hökuməti müxalifətin nümayişinin qarşısını almaq üçün küçəyə 30 min polis çıxarmışdı. Polislər meydana daxil olan nümayişçilərin şəhərin içərisi ilə yürüş keçirməsinin qarşısını alıblar.

XS
SM
MD
LG