Accessibility links

BMT tribunalı Livanın keçmiş baş naziri Həririnin qətli ilə əlaqədar ittihamnaməni açıqlayıb(YENİLƏNİB)


BMT tribunalı Livanın keçmiş baş naziri Həririnin qətli ilə əlaqədar ittihamnaməni açıqlayıb(YENİLƏNİB)
BMT tribunalı Livanın keçmiş baş naziri Həririnin qətli ilə əlaqədar ittihamnaməni açıqlayıb(YENİLƏNİB)

2005-ci ildə Livanın keçmiş baş naziri Rafik Həririnin qətlə yetirilməsini təhqiq edən BMT tribunalı hücumu həyata keçirən dörd Hizbullah üzvünə qarşı ittihamnaməni açıqlayıb. Məhkəmə şübhəlilərə qarşı ittihamları təsdiq etdiyini və prokurorların işin məhkəməyə çıxarılması üçün kifayət qədər dəlil gətirməsindən sonra ittihamnaməni açıqladığını bildirir. Məhkəmənin bildirdiyinə görə, ittihamnamə rəsmilərin axtarış aparıb, şübhələnilənləri həbs edə bilməsi üçün gizli saxlanılıb. Livanın keçmiş Baş naziri Səid Həriri deyib ki, atasının qətli ilə əlaqədar ittihamnamənin açıqlanması həqiqətin aşkar edilməsi və ədalətin bərqərar olması istiqamətində mühüm bir addımdır. Prokuror Daniel Bellemar hakimlərin ittihamnaməni açıqlamasını alqışlayıb. O deyib ki, sənədin açıqlanması 2005-ci ildə fevral ayında hücumla bağlı bir sıra suallara cavablar tapmağa kömək edəcək, lakin işlə bağlı bütün təfərrüatlar ictimaiyyət üçün keçəcək azad və ədalətli məhkəmə zamanı məlum olacaq. Tribunalın sədri keşən həftə bildirmişdi ki, Livan rəsmiləri şübhəli bilinən Hizbullah üzvlərini həbs edə bilməyiblər. Hizbullah qətllərdə əli olduğunu rədd edir.

XS
SM
MD
LG