Accessibility links

Suriya, Türkiyə və Qətər liderləri Livanda siyasi böhranı müzakirə edəcək


Suriya, Türkiyə və Qətər liderləri Livanda siyasi böhranı müzakirə edəcək
Suriya, Türkiyə və Qətər liderləri Livanda siyasi böhranı müzakirə edəcək

Suriya, Türkiyə və Qətərin liderləri Livanda siyasi böhranı müzakirə etmək üçün bazar ertəsi Dəməşqdə görüş keçirəcəklər. Livanın 14 ay hakimiyyətdə olan birlik hökuməti keçən həftə dağılmışdır. Dəməşq görüşü Livan prezidenti Mişel Süleymanın yeni hökumətin təşkilinə başlayacağı və baş nazirin seçilməsi ilə bağlı qanuvericilərlə consensus əldə etməyə çalışdığı vaxtla üst-üstə düşür. Hizbullah qrupunu təmsil edən kabinet nazirlərinin BMT-nin 2005-ci ildə keçmiş baş nazir Rafiq Həririnin qətlini araşdıran tribunalına etiraz olaraq istefa verməsi ölkədə siyasi durumu daha da gənrginləşdirib. Tribunalın bir neçə gündən sonra açıqlayacağı hökmdə qətldə Hizbullah üzvlərini ittiham edəcəyini gözlənilir.

XS
SM
MD
LG