Accessibility links

Suriyalı qaçqınlar fahişəliyə üz tutur


Suriyadakı müharibə səbəbilə Livana pənah aparanların dörddə üçü qadınlar və uşaqlardır. İqtisadi çətinliklərlə üzləşən suriyalı qadınlar və qızlar üçün dolanmağın ən asan yolu fahişəlikdir.

Humanitar yardım təşkilatlarının dediyinə görə, ailələrinə ərzaq və pul aparmaq üçün suriyalı qaçqın qadınların fahişəlikdən başqa çarələri yoxdur.

Livanın “Həmrəylik və İnkişaf” yardım təşkilatından Rima Zaza Suriyadan Livana gələn qaçqınların ardı-arası kəsilmədiyini, yoxsulluğun artdığını, buna görə də qadınların pula və ərzağa görə bədənlərini satdıqlarını deyir. “Fahişəlik bütün qaçqın düşərgələrində var, lakin ən çox “Ain Həlvəh” və “Sadaya” düşərgələrindədir”.

BMT-nin bildirdiyinə görə, Suriyadan Livana qaçan və orada qeydiyyatdan keçənlərin sayı 600 mindən çoxdur. Lakin Livan hökuməti qaçqınların sayının artıq bir milyondan çox olduğunu deyir. Deyilənə görə böyük iqtisadi problemlərlə üzləşən və beynəlxalq yardımlara möhtac olan bu ölkədə ilin sonunadək qaçqınların sayı 2 milyona çata bilər.

İordaniya və Türkiyədən fərqli olaraq, Livan hökuməti suriyalı qaçqınlar üçün yeni düşərgələr salmaqdan imtina edir. Ölkə boyu müvəqqəti sığınacaqlarda, dağılmış, heç kəsin yaşamadığı köhnə evlərdə yaşamağa məcbur olan suriyalı qaçqın qadınlar və qızlar təcavüzə məruz qalırlar.

Bir dəfə yardım gətirilən zaman bir nəfər mənə “əgər mənimlə cinsi əlaqədə olarsansa, hər dəfə yardım gətiriləndə sənin payını ayıraram” dedi. Mən ağladım və oradan getdim.
Suriyalı qaçqın qadın
26 yaşlı Afananın 2 uşağı var. O, hətta yardım işçilərinin də onlardan cinsi əlaqə tələb etdiklərini deyir. Afana başına gələni danışdı. “Bir dəfə yardım gətirilən zaman bir nəfər mənə “əgər mənimlə cinsi əlaqədə olarsansa, hər dəfə yardım gətiriləndə sənin payını ayıraram” dedi. Mən ağladım və oradan getdim.”

Livan rəsmiləri fahişəliyin sürətlə artdığı barədə xəbərləri təkzib edərək, belə hadisələrin nadir hallarda baş verdiyini deyirlər. Onlar Daxili İşlər Nazirliyinin sənədlərindəki 2011-ci ildə 27, ondan sonrakı ildə də eyni rəqəmi göstərərək, az sayda qadının insan alveri qurbanı olduğunu deyirlər.

Lakin humanitar yardım işçiləri söhbətin bundan getmədiyini deyirlər. Yardım işçiləri Livanda maddi vəziyyətləri ağır olan çox sayda qadın və qız uşaqlarının fahişəliyə məcburən üz tutduqlarını deyir.

Bəzi düşərgələrdə İslamçılar olduğuna görə, məsələnin tabu sayıldığına görə heç kim bu barədə danışmaq istəmir. Amma yoxsulluqdan əziyyət çəkən çox sayda qadın seksual alverə üz tutur
Qassem Səad
Sərhədsiz İnkişaf Uğrunda Hərəkət adlı yardım təşkilatının nümayəndəsi Qassem Səad bildirir ki, suriyalı qadınlar bəzi hallarda özlərini 10 min Livan funtuna, yəni 7 dollara satırlar. “Bəzi düşərgələrdə İslamçılar olduğuna görə, məsələnin tabu sayıldığına görə heç kim bu barədə danışmaq istəmir. Amma yoxsulluqdan əziyyət çəkən çox sayda qadın seksual alverə üz tutur,” - deyə Səad bildirir.

Səadın işləyidi qrup Livan polisinə bu qadınların cinayətkar deyil, qurban olduqlarını başa salmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG