Accessibility links

Livandan alınan məlumatda deyilir ki, ölkənin şimalındakı Tripoli şəhərində baş verən partlayışlar nəticəsində azı 27 nəfər həlak olub. Səhiyyə rəsmilərinin bildirdiyinə görə, 300 nəfərdən çox insan yaralanıb. Partlayışların şəhər məscidinin yaxınlığın cümə namazından sonra baş verdiyi bildirilir.

Hadisənin məsuliyyətini öz üzərinə götürən olmayıb.

Qonşu Suriyada vətəndaş müharibəsi başlayandan bəri Livanda narahatlıqlar xeyli artıb. Livan vətəndaşları, siyasi qruplar və yaraqlılar iki yerə bölünüb ki, onların bir hissəsi Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləyir, digər hissəsi isə üsyançılara tərəfdardır.
XS
SM
MD
LG