Accessibility links

Ledi Qaqa və Kim Kardaşyan arasında çəkişmə [Fotoqalereya]


Ledi Qaqa Kim Kardaşyanla toqquşub. Adam inana billmir ki, onların arasında mübahisə dizayner üzündən baş qaldırıb.

Əldə etdiyimiz məlumata görə, növbəti dəfə ayağında cərrahiyə əməliyyatı keçirilən Ledi Qaqa Reality TV şousunun ulduzu Kim Kardaşyanın onun moda dezaynerini ələ keçirmək istədiyini öyrəndikdə özündən çıxıb.

Bəli, Hollivudda ulduzlar bu növ problemlər yaşayır.

Hər halda, hekayə belədir. Kim sözügedən dizaynerlə işləmək istəyir və görünür onu email atəşinə tutub. O, hətta dizaynerlə üz-üzə görüşmək üçün son an Mayamidən Nyu-Yorka bilet alıb.

Və görünür dizayner Kimlə razılaşıb. Çünki Ledi Qaqa bərk hirslənib.

Müğənni ayağında iltihabdan müalicə alması üçün Born This Way qastrol səfərini yarımçıq qoymalı olub. Bu isə o deməkdir ki, müğənninin Kimin onun ərazisinə girməsinin qarşısını almaq üçün kifayət qədər vaxtı var.

Mənbə Qaqanın işlədiyi adamları qısqandığını və məhz bu dizaynerin daim yalnız onunla işləməsində qətiyyətli olduğunu deyib.

Kimin nəyə görə məhz bu dizaynerlə işləmək istəməsi isə müəmmalı olaraq qalır.
XS
SM
MD
LG