Accessibility links

Lənkəranda iki müxalifət fəalı həbs edilib (Yenilənib)


Azərbaycanın xəritəsi-Lənkəran

Azərbaycanın xəritəsi-Lənkəran

Bu gün Lənkəran rayon Məhkəməsi Lənkəranın Liman qəsəbəsində etiraz aksiyasından sonra Xalq Cəbhəsi və Müsavat partiyalarının yerli təşkilatlarının sədrləri Nazim Həsənli və İman Əliyev barəsində inzibati qaydada 30 gün müddətində həbs qərarı çıxarıb. Bu barədə Amerikanın Səsinə AXCP Ali Məclisinin üzvü Nicat İbadov bildirib.

Məhkəmə müxalifət fəallarını İnzibati Xətalar Məcəlləsinin 298.2 maddəsi (qanunsuz aksiyaların təşkili) ilə ittiham edib.

Müxalifət fəalları özlərini günahkar saymır və etirazların sosial narazılıqdan doğduğunu və buna görə iqtidarın məsuliyyət daşıdığını bildirib.

***

Lənkəranın Liman qəsəbəsində (Bakıdan 272 kilometr cənub) etiraz aksiyasından sonra Xalq Cəbhəsi və Müsavat partiyalarının Lənkəran təşkilatlarının sədrləri Nazim Həsənli və İman Əliyev polis tərəfindən saxlanılıb.

Hər iki müxlaifət fəalı etiraz aksiyası barədə medianı məlumatlandırdıqdan sonra saxlanılıb. AXCP Lənkəran rayon təşkilatından Amerikanın Səsinə bildiriblər ki, onların inzibati qaydada cəzalandırılacağı gözlənilir.

Yanvarın 13-də saat 15-də Lənkəran rayon Məhkəməsi hər iki müxalifət fəalının işinə baxacaq.

Yanvarın 12-də yerli sakinlər Bakı-Astara avtomobil yolunu bağlayıb. Onlar manatın ikinci devalvasiyasından sonra süni qiymət artımına etiraz ediblər.

Etirazçılarla yerli hakimiyyət və polis arasında danışıqlardan sonra yol açılıb.

Lənkəran İcra Hakimiyyəti aksiyanın səbəblərini əhalinin spirtli içkilərin plastik kartlarla satışı qaydalarının tətbiqindən narazılığı ilə əlaqələndirib.

Show comments

XS
SM
MD
LG