Accessibility links

Lənkəranda su quyusundan qaz çıxıb, bir nəfər boğulub


Su quyusu
Su quyusu

Sakin su quyusu qazdırırmış, 6 metr 60 santimetr dərinlikdən su ilə birlikdə qaz da fışqırıb

Lənkəranda su quyusundan qaz da çıxıb və bir nəfər qazın təsirindən boğularaq ölüb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Tərlan Həmidov Lənkəran rayonu, İstisu qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə yerləşən yeni qazılan su quyusuna düşüb.
Bundan sonra, Tərlan Həmidov ev yiyəsi tərəfindən quyudan çıxarılıb. Həmin vaxt hər iki şəxs bayğın vəziyyətdə olduğundan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onlara ilkin tibbi yardım göstərib. Lakin, Tərlan Həmidovun həyatını xilas etmək mümkün olmayıb. Onun quyudan çıxan qazın təsirindən öldüyü ehtimal edilir.
Məlumatda su quyusundan çıxan qazın xassələri barədə məlumat verilmir.
Öz növbəsində, Lənkəran rayon prokurorluğundan Amerikanın Səsi radiosuna bildiriblər ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır. “Yeni qazılan quyudan 6 metr 60 santimetr dərinlikdən su ilə birlikdə qaz da fışqırıb. Qazın təsirindən rayon sakini Tərlan Həmidov boğulub. Hazırda quyudan qaz çıxmaqda davam edir. Nümunələr götürüb, laboratoriyaya göndərilib”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG