Accessibility links

Avtomobil qəzasında 3 nəfər ölüb


Qəza (Foto musavat.com saytından götürülüb)

Qəza (Foto musavat.com saytından götürülüb)

Hər üç şəxs eyni ailənin üzvüdür

Lənkəran rayonu, Qumbaşı kəndində “VAZ” markalı minik və “MERCEDES-BENZ” markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza nəticəsində minik avtomobili ağır deformasiyaya uğrayıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü Fuad Həsənovun cəsədini çıxarıb.

APA agentliyi isə bildirir ki, qəza Ələt-Astara magistralının 181-ci kilometrliyində (Bakıdan cənub)- rayonun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini Fuad Həsənovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Səxavət adlı sürücünün idarə etdiyi ağır tonnajlı yük maşınının yoluna çıxaraq onun altına girib.

Nəticədə “VAZ-2103”-ün sürücüsü və avtomobildə olan sərnişinləri - həyat yoldaşı ilə qızı Məhəbbət Həsənova hadisə yerində ölüb

Son bir neçə gündə Azərbaycanın avtomobil yollarında qəzalar nəticəsində 30-dan çox insan həyatını itirib, 70-dən çox insane isə yaralanıb.
XS
SM
MD
LG