Accessibility links

Con Lennonun ölümündən 30 il keçir

  • Amerikanın səsi

Beatles qrupu, (soldan) Pol Makkartni Rinqo Starr, Con Lennon və Corc Hərrison, 1963-cü il

Beatles qrupu, (soldan) Pol Makkartni Rinqo Starr, Con Lennon və Corc Hərrison, 1963-cü il

Dekabrın 8-i Beatles qrupunun əfsanəvi solisti Con Lennonun vəfatının 30-cu ildönümü tamam olur. 1940-cı ildə Liverpulda anadan olan Con Lennon özünün ilk Quarrymen qrupunu 1957-ci ildə yaratmışdı. Bundan bir il sonra Pol Makkartni və Corc Hərrison ona qoşulur və bu qrupun əsasında Beatles qrupu yaradılır. 1970-ci ildə dağılan Beatles qrupunun dünya üzrə bir milyarddan artıq diski satılmışdır. Qrupun dağlımasından sonra Con Lennon solo karyerasını davam etdirmişdir. Lennonun ən populyar solo albomu hesab edilən “Imagine” 1971-ci ildə işıq üzü görüb. Con Lennon iki dəfə evlənmişdir və onun hər evlilikdən bir övladı var. 1980-ci il dekabrın 8-də Lennon həyat yoldaşı Yoko Ono və oğlu Şonla yaşadığı evin qarşısında pərəstişkarı Mark Deyvid Çepmen tərəfindən güllə ilə vurulub öldürülmüşdür. Çepmen Nyu York ştatında Roçester həbsxanasında cəza müddətini çəkir.

XS
SM
MD
LG