Accessibility links

Leon Panetta : ABŞ hərbi gəmilərinin çox hissəsini Asiya-Sakit okeanı regionuna yerləşdirəcək

  • Amerikanın səsi

ABŞ-ın müdafiə naziri Leon Panetta Asiya-Sakit okeanı hövzəsi ölkələrinə 9 günlük səfərə başlayıb. Bu gün nazir Sinqapurda keçirilən Asiya təhlükəsizlik konfransında nitqlə çıxış edib, Vaşinqtonun regionda hərbi qüvvələrinin sayı və hərbi təchizatının artırılması planını açıqlayıb. 30 ölkənin müdafiə nazirlərinin bir araya gəldiyi görüşdə Panetta deyib ki, gələn bir necə il ərzində ABŞ hərbi gəmilərinin çox hissəsini Asiya-Sakit okeanı regionuna yerləşdirəcək. Nazir prosesin 2020-ci ildə başa çatdırılacağını bəyan edib.

Yola düşməzdən əvvəl Panetta bildirib ki, büdcə kəsirlərinə baxmayaraq, Amerikanın silahlı qüvvələri 21 əsrin mürəkkəb problemləri qarşısında daha cevik olmalıdır.

ABŞ-ın müdafiə naziri Leon Panetta rəsmi səfərlə Vyetnam və Hindistanda olacaq.

XS
SM
MD
LG