Accessibility links

ABŞ-ın müdafiə naziri Leon Panetta Amerika əsgərinin 9-u uşaq olmaqla 16 adamı öldürməsi ilə baş qaldıran narahtlıqlarla bağlı Əfqanıstana səfər edib. Müxbirlələ görüşü zamanı nazir deyib ki, müharibə cəhənnəm deməkdir, hər bir müharibədə bu kimi hallar baş verir. Panetta qətllərin sonuncu olmayacağını etiraf etsə də, ordunun bu kimi hadisələrə yol verilməməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Əfqanıstan xalqına başsağlığı verən ABŞ prezidenti bu hadisənin ABŞ qüvvələrinin Əfqanıstandan vaxtından əvvəl çıxarılmasına yol açmayacağını bildirib.

Əfqanıstanın Qəndəhar vilayətindəki ABŞ hərbi bazasının əsgəri bazar günü səhər bazanı tərk edərək, mülki vətəndaşları atəşə tutub. Nəticədə 16 adam həlak olub. NATO onun nəzarət altına alındığını və hadisə ilə bağlı istintaqa başladığını bildirib.

Eyni zamanda Qəndəharda bu gün bomba hücumu nəticəsində əfqan təhlükəsizlik zabiti və digər iki adam yaralanıb.

XS
SM
MD
LG