Accessibility links

Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta Pakistanı Əfqanıstanda ABŞ ordusuna hücumlar həyata keçirən yaraqlıara qarşı addıımlar atmağa çağıraraq, artıq ölkəsinin səbrinin tükəndiyini deyib.

Bu gün Kabildə Əfqanıstanın müdafiə naziri Əbdül Rəhim Vardakla görüşündən sonra cənab Panetta terrorçuların Pakistanda özlərini təhlükəsiz hiss etmələri naraharlıqlara səbəb olur.

Cənab Panetta Əfqansıtana ABŞ və NATO-nun bu ölkədəki hərbi qüvvələrinin baş komandanı, general Con Allen də daxil edilməklə, bir qrup hərbi rəsmi ilə hərbi məsələləri müzakirə etrmək üçün səfər edir.

Bu arada isə Əfqanıstan prezidenti Həmid Karzay dünən NATO-nun Loqar vilayətində keçirdiyi hava hücumları zamanı 18 mülki vətəndaşın öldüyünü bildirib.




XS
SM
MD
LG