Accessibility links

Leon Panetta Yaponiyada Amerika əsgərləri qarşısında çıxış edib


Leon Panetta Yaponiyada Amerika əsgərləri qarşısında çıxış edib

Leon Panetta Yaponiyada Amerika əsgərləri qarşısında çıxış edib

ABŞ müdafiə naziri Leon Panetta bildirib ki, Birləşmiş Ştatlar Asiyada hərbi möcvudiyyətini bərpa edəcək və gücləndirəcək.

Yaponiyadakı Amerika qüvvələri qarşısında çıxış edən cənab Panetta daha əvvəl İndoneziyada Asiya müdafiə nazirləri toplantısındakı çıxışı təkrarlayıb.

Panetta bildirib ki, ABŞ müdafiə xərclərinin azaldılması müzakirə mövzusu olsa da, bu, Birləşmiş Ştatların Sakit Okean regionunda hərbi gücünü artırmasına təsir etməyəcək.

O habelə bildirib ki, ABŞ qüvvələri İraqı tərk edəndən sonra da Amerika Yaxın Şərqdə mövcudiyyətini saxlayacaq. Amerika qüvvələrinin bu il dekabr ayının sonunadək İraq tərk etməsi planlaşdırılır.

XS
SM
MD
LG