Accessibility links

Leonardo da-Vinçinin yarımçıq qalan əsəri Uffizi qalereyasında [Video]


Leonardo da-Vinçi sadəcə, bütün zamanların rəssamıdır. Dünya hələ də onun “Mona Liza” kimi əvəzolunmaz və məşhur əsərlərinə heyrandır. Onun tamamlanmamış əsərlərindən biri, çətin zamanlar yaşamış ”Macaya sitayiş” artıq bərpa edilib və sərgidə nümayiş etdirilir.

Leonardo da-Vinçinin ”Macaya sitayiş” əsəri yeni parlaqlığı ilə İtaliyanın Florensiya şəhərindəki Uffizi qalereyasına qayıdıb. Uffizi qalereyasının direktoru Eiki Şmit: “Bu, Leonardonun ən mühüm əsərlərindən biridir. Biri “Mona Liza”, digəri isə “Sonuncu şam yeməyi” olmaqla, bu, Leonardo de Vinçinin üçüncü ən məşhur əsəridir. Lakin tünd rənglərdə çirkli ləkələrə boyanmış bu əsər həmişə sirli olaraq qalmışdı.”

Bərpa işlərindən sonra yüz illərlə toz basmış əsərdə yeni detallar, yeni üzlər və heyvanları görmək olar. “Bu əsərdə əvvəllər kirdən görünməyən əlavə fiqurlardan başqa ön və arxada əlavə relyef, eləcə də orta və arxa planda insanları görə bilirik” deyə, qalereyanın dikertoru bildirir.

Leonardo de Vinçinin 1481-ci ildə başladığı və sona çatdıra bimədiyi əsərinın nümayişi Uffizi qalereyasında sentyabr ayınadək davam edəcək.

XS
SM
MD
LG